Ölüm haqqında düşünmək insanda mənəvi yaşam üçün stimul yaradır
Mьəllif: admin1
Tarix: 7-11-2021, 21:06
Ölüm haqqında düşünmək insanda mənəvi yaşam üçün stimul yaradır

Həyat çox sayda çətinlikləri ilə bəzilərimiz üçün şirindir. Maddi ləzzətlər insanları o qədər özü ilə məşğul edib ki, ölüm haqqında düşünməkdən belə qorxurlar.

Bu cür insanlar ölümü özlərindən çox uzaq görürlər. Belə düşünürlər ki, niyə ölümü yada salaraq, özümüzə əziyyət verək?

Biz dünyaya gəlmişik ki, şad olaq, nəinki hər saat ölüm qorxusu ilə narahat olaq. Həqiqətən, ölüm haqqında düşünmək özü ilə acı xatirələr gətirər. Bəs bu işin sirri haradadır?

Gəlin elə bir cəmiyyəti fərz edək ki, burada hamı ölümü və axirəti düşünür. Hamı düşünür ki, Qiyamət günü Allaha nə cavab verəcəklər.

Belə olan zaman bir kəs qeybət etmək istəyərkən, hamı ya sükut edər və dəstək verməz, ya da həmin şəxsə mane olar.

Hər kim töhmət vurmaq istəsə, Allaha nə cavab verəcəyini düşünər. Heç bir insanın haqqı zay olmaz. Hər kəs öz işində daha bacarıqlı və məharətli olmağa cəhd göstərər. Bir-birinə borclu qalmaq istəməz.

Belə cəmiyyətdə heç bir müharibə olmaz və heç kəs ölüdürülməz. Qəzza övladları elementar insani yaşam istəyinə görə qətl edilməz.

Həqiqətən, hər kəs işinin aqibətini düşünsə və axirəti dünyadan üstün bilsə idi, dünya gülüstan olardı. Budur ölümü düşünməyin sirri.

Budur Allahın bizə demək istədikləri: “Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir.

Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır? Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər”. (“Şura” 17-18).

Həqiqi möminlər o kəslərdir ki, Qiyaməti uzaq bilmirlər və onun üçün çalışarlar. Onlar Allah Təalaya çatmaq şövqü ilə yanaşı, ürəklərində həm də qorxu gəzdirərlər. Halbuki, yolunu azmışlar ölüm haqqında düşünmür və Qiyaməti heç də yaxın hesab etmirlər.

Bunu nəzərə almaq lazımdır ki, ölüm haqqında düşünmək dedikdə, inzivaya çəkilmək nəzərdə tutulmur. İnsan Qiyamətin yaxınlaşdığını qəbul edərək, özünü tənhalıqda zindan etməsin. Bu iş faydalı olmaq yerinə, əksinə zərərli olar.

İnsan gərək özünə adət etdirsin ki, İlahi nemətdən düzgün istifadə edə bilsin. Nəinki yanlış istifadə etməkdən qorxaraq, tamamilə kənara qoysun. İlahi əzab və cəhənnəm haqqında düşünmək o zaman faydalıdır ki, daha çox səy göstərməyə və əməl və fikirlərə daha çox diqqət etməyə gətirib çıxartsın. Nəinki dinlə mübarizə aparsın. İnsan gərək hər bir işdə orta həddi tuta bilsin – nə ifrat etsin, nə də təfrit.

Bu dünyada ölümü düşün, lakin dünya həyatını da tərk etmə. Qiyamət və tərəzini düşün və onu İlahi nemətdən bəhrələnərək ağırlaşdır. Bu, möminlərin dünya və axirət müvəffəqiyyətinin sirridir.

Qiyamət və axirət – qəti bir məsələdir. Elə bir həqiqətdir ki, səlim ağıl onu dərk edə bilər. Möminlər onu yaxın hesab edərək, özlərini ona hazırlayarlar. Çalışarlar ki, İlahi əzabı uzaqlaşdırıb, behişti özləri üçün yaxınlaşdırsınlar.

Qiyamət və ölüm haqqında düşünmək yaxşı yaşamaq üçün, mənəvi durum üçün insanda stimul yaradar və mənəviyyatını gücləndirər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930