Səadətə çatmaq üçün ümumi və dəqiq meyar
Mьəllif: admin1
Tarix: 15-02-2019, 11:34
Səadətə çatmaq üçün ümumi və dəqiq meyar

Qədir-Xum günü tarix boyu müsəlmanların diqqətini cəlb edən günlərdəndir ki, hələ də böyük əhəmiyyətə malik olan günlərdən biri sayılır.

Bir tərəfdən Peyğəmbərin (s) sonuncu həcc mərasimi idi və o biri tərəfdən isə elə bir hadisə baş vermişdi ki, bütün müsəlmanlara şamil edilmişdi. Bəziləri onu qəbul etmir və Allahın əmrini başqa cür yozmağa çalışırlar. Lakin Əhli-beyt (ə) davamçıları bu günü İlahi hüccət qərar verib, vilayət günü kimi qeyd edirlər.

Belə ki, Peyğəmbəri-Əkrəm (s) Allahın əmri ilə Həzrət Əlini (ə) öz canişini elan etmişdi. Bu ağır vəzifəni İmamın (ə) mübarək çiyinlərinə qoymuşdu. Həzrət Peyğəmbər (s) bu yolla müsəlmanları fitnədən və yanlış yollardan sığortalamaq missiyasını həyata keçirmişdi. Əlbəttə ki, hidayət olmaq istəyən insanlara bu hüccət kifayətdir.

Lakin əgər tarixə nəzər salsaq, görərik ki, insanların bir çoxu Həzrətin (s) bu əmrini görməməzliyə vurduqları üçün ümmətin rəhbərliyi digər şəxslərin, o cümlədən Allah Peyğəmbəri (s) ilə müxalif olanların əlinə keçir. Onlar müsəlmanı haqq yolundan azdırmaqla yanaşı, onlara zülm etdilər. Peyğəmbərin (s) zamanındakı İslam dini hara, lənətlik Yezidin zamanındakı durum hara!

Həzrət Peyğəmbər (s) bir gün məsciddə buyurur: “Hər zikr - behişt ağacıdır və behiştdə sizin üçün olan qəsrlərin kərpicidir”.

Bir nəfər yerdən deyir: “Onda indiyə qədər behiştdə çoxlu ağac və evimiz vardır”.

Həzrət (s) buyurur: “Bəli, varınızdır, ancaq bir şərtlə ki, günah atəşini göndərib onları yandırmayasınız”.

Əgər xilafətə gələn bəzi xəlifələr yaxşı iş görüblərsə, bu, o demək deyildir ki, onlar haqdırlar. Onların gördüyü işin kökündə fəsad var idi, ona görə də işlərini də fasid edirdi.

Qədir-Xum bizim üçün dərslə dolu bir hadisədir ki, əgər ona əməl etsək, dünya və axirətdə qalib olarıq və aqibətimiz xeyirli olar. Bütün insanlar tarix boyu onu səadətə çatdıra bilən yolun axtarışında olarlar. Elə bir yol ki, onları xoşbəxt etsin və ruhlarına hüzur versin.

Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, haqq batilə qarışmışdır. Ola bilsin ki, bəzi şeylər haqq olsun, lakin biz onu bilmirik. Ayırd etmək qabiyyətinə malik deyilik. Ona görə də insan haqqı batildən ayırmaq üçün meyara ehtiyac duyur. Elə bir meyar ki, səhvləri azaltsın və dünya, axirət səadətini təmin etsin. Allah biz insanların ixtiyarına bu meyarı qərar vermiş və dini kamilləşdirmişdir.

“Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67).

Bu ayədən də göründüyü kimi, Allah Peyğəmbərə (s) buyurur ki, əgər Əmirəl-möminin (ə) vilayətini elan etməsən, din kamil olmaz və risalət yarımçıq qalar. Bəli, bu, bizim axtarşında olduğumuz həmin meyardır. Bu meyar vasitəsilə insan Allahla mehriban rabitə qurar, dünyanın tamah və hərisliyi ona təsir etməz, həyatın çətinliklərinə sinə gərə bilər.

“Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3).

Xoşbəxtlikdən İmam Əlinin (ə) sünnəti hər bir müsəlman üçün əl çatandır – istər 500 il əvvəl olsun, istərsə də indiki zamanda. Bizim edə biləcəyimiz tək iş - haqqa təslim olmaq və baş əyməkdir. Həyatımızın hər bir halında bu meyardan istifadə edək və haqq yolu tapaq. Bu, elə bir meyardır ki, Peyğəmbər (s) onu sevərdi və o da Peyğəmbəri (s) sevərdi.

Həzrət Peyğəmbər (s) buyurur: “Əli (ə) haqladır və haqq Əli (ə) ilədir”. Bəli, bizim axirət səadətimizin meyarı budur. Qədir-Xum hadisəsi bizə bu meyarı tanıtdı və Əhli-beytin (ə) ən böyük bayramı kimi vilayəti təsdiq etdi.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930