İslami şəxsiyyətlər vəhdətin möhkəmlənməsi üçün çağırış etdilər
Mьəllif: admin1
Tarix: 18-02-2015, 13:21
İslami şəxsiyyətlər vəhdətin möhkəmlənməsi üçün çağırış etdilər

İslam alimlərindən bir-neçəsi bəyaniyyə yayaraq müsəlmanları dini birliyə və radikalizm və diktaturaçılığa mübtəla olmuş İslam barəsində tənqidi təfəkkürü canlandırmağa çağırdılar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "saphirnews" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Ğalib bin Şeyx ("Sülh üçün dinlər dünya konfransı"nın rəisi), Ənvər İbrahim (Malaziyalı siyasət adamı), Feliks Marko (fransalı müsəlman mütəfəkkir) və Tariq Ramazan (İsveçrəli islamşünas) və digər tanınmış müsəlman alimləri və ictimai xadimlər bəyaniyyə yayaraq müsəlmanları dini birliyə və radikalizm və diktaturaçılığa mübtəla olmuş İslam barəsində tənqidi təfəkkürü canlandırmağa çağırdılar.

Onlar birgə yaydıqları bu bəyaniyyədə 21-ci əsrdə İslam haqqında açıqlama verərək, bu bəyaniyyəni bir-neçə çoxtirajlı mətbuatda, o cümlədən "L-pais", "Hafinqton post", "Teleqraf", "Cakartaklub", "əş-Şərq əl-əvsət" və "Lupiən" yayımlayıblar.

Bu çağırışda deyilir: 19-cu əsrin sonlarından İslam prinsiplərinin təfsiri barədə tənqidi təfəkkür hərəkatının şahidiyik. Amma "ərəb baxışlı islam növü"nün müsəlmanların təfəkkürünə hakimiyyəti və qeyri-ərəb islami baxışının rədd edilməsi bu hərəkatın inkişafına mane olur. Buna görə də bütün müsəlmanların və demokratların ideoloji başçılarından istəyirik ki, 2016-cı ilin başlanğıcında İslam prinsiplərinin 21-ci əsrə uyğun təfsiri üçün hüdudlarını təyin etmək üçün bir yerə toplaşsınlar.

Bəyaniyyədə deyilir: Artıq, ictimai, siyasi və qanunilik baxımından bəzi geridə qalmış ölkələrin nəyin İslam olub-olmaması barədə qərar verməsinin qarşısını almağın və bu ölkələrin İslami baxımdan nüfuzunu sual altına aparmağın vaxtı gəlib çatıb.

Bəyaniyyədə İŞİD kimi terrorçu ünsürlərin cinayətləri məhkum edilərək onların İslami olmadığı vurğulanır və deyilir: Bu cür vəhşi ünsürlərin cinayətlərinin İslama heç bir dəxli yoxdur deməyə kifayətlənməməliyik. Müsəlman rəhbərlər bu barədə öz çətin vəzifələrinə agah olmalıdırlar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930