Göylərlə yerin arasında olanların yaradılışı
Mьəllif: admin1
Tarix: 17-11-2020, 11:32
Göylərlə yerin arasında olanların yaradılışı
Quranda göylərin, yerin və onların arasında olanların yaradılması ilə bağlı müxtəlif ayələr var:

“Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. O saat mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər ( və ya onları alicənablıqla bağışla)” (“hicr”, 15/85).

“Göylərdə və yerdə, olanların arasında və torpağın altında nə varsa onundur” (“Taha”, 20/6).


“Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq” (“Ənbiya”, 21/16). Elm adamları isti bir qaz kütləsininbaşlahğıc mərhələdə artıb qalınlaşdığını, sonra bu kütləsinin hissələrə ayrılaraq qalaktika maddələrini, ulduzları, planetləri əmələ gətirdiyini bildirir.

Başqa sözlə, Yer kürəsi də daxil olmaqla bütün ulduzlar bitişik bir qaz kütləsindən ayrılan hissələrdir. Bu hissələrdən bir qismi ulduzları, günəşləri, planetləri əmələ gətirib. Bununla da çoxlu günəş sistemləri və qalaktikalar meydana gəlib.

Qeyd edildiyi kimi, kainat “ratq” (“bir-birinə bitişik”) halda ikən “fatq” (“hissələrə ayrılmışdır”) olmuşdur. Kainatın meydana gəlməsi hadisəsi Quranda bu elmi izahları təsdiq edən münasib ifadələrlə qeyd edilmişdir.

Kosmosda yeni meydana gələn əsas cisimlərdən başqa bir neçə hissə hər parçalanmanın ayrılma olması səbəbi ilə kənarda qalmışdır. Bu əlavə hissələrin elmi adı “ulduzlar arasındakı qalaktika maddəsi”dir.

Alimlər bu maddələrin astrofizik hesablamalar baxımından çox əhəmiyyətli olduğunu bildirir. Həmçinin bu maddələr toz, tüstü və ya qaz adlandırılacaq qədər incə madəələrdir.

Lakin bu maddələrin hamısı höz önünə gətiriləndə onların kosmosdakı qalaktikaların hamısından daha böyük bir kütlə olduğunu düşünməyə əsaslar yaranır.

Qalaktikalardan təcrid olmuş bu maddələrin mövcudluğu müasir dövrdə kəşf edilsə də onların varlığı yuxarıda göstərdiyimiz ayələrdə yer alan və “ikisinin arasındakılar”, “onların arasında olan hər şey” kimi tərcümə edilən “mə bəynəhumə” ifadəsi ilə Quranda hələ 14 əsr əvvəl xəbər verilmişdir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031