Stressi necə dəf etməli? - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 25-11-2017, 10:57
Stressi necə dəf etməli? - ARAŞDIRMA
Stressi azaltmaq və zehnin iş fəaliyyətini gücləndirmək üçün gərək o cümlədən, yemək rejimimizə diqqət edək. Adət etdiyimiz yemək rejimini dəyişdirmək, istirahət və gəzinti bizə faydalı təsir edər.

Mütəxəssislər stressi azaltmaq üçün bəzi tövsiyələr verir ki, onlara nəzər salaq: yaxşı yatmaq, axşamlar yüngül yeməklər yemək ki, yuxu rahat olsun. Gündəlik yemək rejiminizdə karbohidrat olan qidalardan o cümlədən: çörək, kartof, düyüdən istifadə edin. Bu qidalar gün ərzində tədricən azad olar və zehni qüvvəni artırar.

İmtahan verən abituriyentlər gərək yuxu və yeməklərinə xüsusi nəzarət etsinlər. Bu uşaqların valideynləri gərək həmin stressi cavanların çiynindən götürsünlər. Onların rahat yatması və lazımi miqdarda qidalanmaları üçün şərait yaratmalıdırlar. Abituriyentlərin yatmaq və yemək mövzusu böyük əhəmiyyətə malik olan mövzulardandır və stressi azaldan amildir. Beyin - hafizə yeri və öyrənmək mərkəzidir. Ailələr gərək övladının münasib qidalanmasına və istirahətinə xüsusi diqqət etsin.

Mütəxəssislər hesab edir ki, imtahandan bir gün əvvəl, xüsusilə də gecə vaxtı dərs oxumaq məsləhət deyildir. Çünki sizin immun sisteminizi bir-birinə vurar. Əsəb sisteminizə yeni stresslər daxil edər. Bu sterss də yorğunluq şəklində hafizənizi zəiflədər və öyrənməkdə çətinliklər meydana gətirər.

İmtahana hazırlaşan abituriyentlərə məsləhət görülür ki, süd məhsullarından çox istifadə etsinlər. Yatmazdan əvvəl bir stəkan süd içməyi unutmasınlar. Süd əsəbləri sakitləşdirər. Yuxu gətirən və ya sakitləşdirən dərmanlardan uzaq olsunlar. Əgər başları ağrıyırsa, çox yüngül dərmanlardan istifadə etsinlər.

Abituriyentlərdən əksər hissəsi səhər yeməyini sevmir. Belə olan zaman bədən süst, yorğun, əsəbi və halsız olar və qanda olan şəkər aşağı düşər. Belə şagird dərs oxuyan zaman çətinlik çəkdiyi üçün daha çox stress yaşayar.

Yaxşı olar ki, bu cür şagirdlər günlərinin bir hissəsini idman üçün ayırsınlar. Yolu piyada getmək, üzmək kimi idmanlar faydalıdır. İmtahanın son günlərində yemək menyusundan heç bir şeyi çıxartmasınlar və lazımi səviyyədə qidalansınlar. Əgər şagird gün ərzində bir saat yatmağa adət edirsə, bu adətini bir gün tərk etməklə özündə yorğunluq hiss edər. Əgər müəyyən saatda mütaliə etməyə adət edibdirsə və həmin saatı dəyişərsə, daha az nəticə almış olar. Ona görə də adət etdiyi saatda mütaliə etmək və yatmaq daha müsbət nəticələr gətirər.

Abituriyentlər gərək öz sevinc və şadlıq hisslərini qorusunlar. Çünki şad olmağın stressi dəf etməklə birbaşa əlaqəsi vardır. İmtahanlar yaxınlaşan zaman o qədər gümrah və şad olmalıdır ki, sinifə daxil olan zaman hazır olduğunu hiss etsin.

Gümrah olmaq üçün lazım olan amillər: nizamlı olmaq, idman etmək, lazımlı miqdarda qidalanmaq. Bunu unutmayın ki, imtahan dünyanın sonu demək deyildir. Onu yenidən vermək üçün hələ fürsətlər çoxdur. Ona görə də ailə üzvü gərək bunu unutmasın və övladı üçün əlavə stress mənbəyinə çevrilməsin. Valideynlər övladlarını başqaları ilə müqayisə etməkdən də çəkinməlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031