HƏR BİR VARLIQ DANIŞIR...
Mьəllif: admin1
Tarix: 24-11-2020, 21:11
HƏR BİR VARLIQ DANIŞIR...
Bəziləri elə xəyal edirlər ki, danışmaq yalnız insana məxsusdur və bəşərdən başqa heç bir varlıq ağzına söz alıb, danışmır, bir-birilə söhbət etmir.

Bəziləri elə xəyal edirlər ki, danışmaq yalnız insana məxsusdur və bəşərdən başqa heç bir varlıq ağzına söz alıb, danışmır, bir-birilə söhbət etmir. Əsrarəngiz aləmin qəribəlikdən xəbərsiz olub bilmirlər ki, bu dünya sirlər və ecazlarla doludur.

Onlardan biri də varlıqların, məxluqatın danışmasıdır. Bir çox Quran ayələri, rəvayətlər və tarixi hadisələr qeyri-insani varlıqların, hətta insanın bədən üzvlərinin danışmasına şahidlik edir: «Məhz o gün yer öz xəbərlərini açıb söyləyər». (Zəlzələ surəsi, 4-cü ayə)

«Bu gün onların ağızlarını möhürləyir. Onların əlləri bizimlə danışır, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verər». (Yasin surəsi, 65-ci ayə)

Mütəal Allah özü haqda belə buyurur: «Və Allah Musa ilə məxsus bir tərzdə danışdı». (Nisa surəsi, 164-cü ayə)

Həmçinin bir neçə ayədə şeytanın danışmağından söz açılır. Allah-Təala mələklərə, Adəmə səcdə etməyi əmr etdikdə, o, dedi: «Mən ondan üstünəm. Məni oddan yaratmısan, onu isə torpaqdan». (Əraf surəsi, 12-ci ayə)

Həzrət Süleymanın dastanında da gəlmişdir ki, Süleyman peyğəmbər hudhud quşundan soruşur ki, harada idin? Quş da cavab verir ki, sənin üçün Səba şəhərindən mühüm və doğru bir xəbər gətirmişəm.

Həmçinin Süleymanın (ə) ölülərlə, şirin Əbuzərlə, günəş və canavarın Əli (ə) ilə, əsanın Həzrət Cavadla (ə) danışması və onun haqqaniyyətinə şəhadət verməsi və s. kimi yüzlərlə nümunə bizim iddiamızı təsdiqləyir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930