Allahın ən möhkəm qalasına necə daxil olmaq olar?
Mьəllif: admin1
Tarix: 19-12-2019, 12:04
Allahın ən möhkəm qalasına necə daxil olmaq olar?

Həzrət Peyğəmbərdən (s) bizə çox sayda hədis gəlib çatmışdı. Onların hər biri öz növbəsində bir hədiyyədir.

Onların hər biri dəyərlidir və əməl etmək bizim üçün lazımlıdır. Lakin deyə bilərik ki, Peyğəmbərin (s) bizlərə verdiyi ən dəyərli hədiyyə - İlahi maarifdir. Bunun da ən bariz nümunəsi – “Lə iləhə illəllah” kəlməsidir.

Həzrət İmam Rza (ə) bu dəyərli cümləni Allahın möhkəm qalası adlandırır və Cəbrayildən (ə) belə nəql edir ki, buyurub: “Allah Təaladan eşitmişəm ki, buyurub: ““Lə iləhə illəllah” kəlməsi Mənim möhkəm qalamdır. Hər kim ona daxil olar, əzabımdan amanda olar””.

“Lə iləhə illəlah” kəlməsinin bərəkətləri.

1. Ən yaxşı ibadətdir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı ibadət - “Lə iləhə illəllah zikridir”.

2. Ən böyük əcrə malikdir. İmam Baqir (ə) buyurur: “Heç bir şey savab baxımından “Lə iləhə illəllah”a çata bilməz. Heç bir şey onu əvəz edə bilməz. Heç bir şey onunla bərabərlik edə bilməz”.

3. Hər “Lə iləhə illəllah” zikrinin savabı - behiştdə ağacdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Lə iləhə illəllah” deyər, onun üçün behiştdə qırmızı yaqutdan ağac əkilər. Məhsulu ağ müşkdür ki, baldan şirin və qardan ağdır. Ən gözəl ətrə malikdir”.

4. Behiştin qiymətidir. Behiştin qiyməti “Lə iləhə illəllah” və “Allahu Əkbər” zikridir.

5. Cəbrayil (ə) bu zikri deyənlərə müjdə verər. İmam Sadiq (ə) buyurur: “Cəbrayil (ə) Peyğəmbərə (s) buyurur: “Xoş olsun sənin o davamçılarının halına ki, “Lə iləhə illəllahu vəhdəhu” zikrini deyərlər”.

6. Günahların kəffarəsidir. İmam Sadiq (ə) buyurur: “Hər kim gün ərzində gün çıxmamışdan və günəş batmamışdan bu zikri deyər:
“«لا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لا شَرِیکَ لَهُ لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ یُحْیِی وَ یُمِیتُ* وَ یُمِیتُ وَ یُحْیِی وَ هُوَ حَیٌّ لَا یَمُوتُ بِیَدِهِ الْخَیْرُ وَ هُوَ عَلى‏ کُلِّ شَیْ‏ءٍ قَدِیرٌ»


(“Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumit, və yumitu və yuhyi, və huvə həyyun lə yəmut, biyədihil-xəyru və huvə əla kulli şəy’in qadir”) həmin günün günahlarının kəffarəsi olar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031