İmam Hüseynin (ə) mübarək başı niyə Quran oxuyurdu?
Mьəllif: admin1
Tarix: 1-08-2022, 23:07
İmam Hüseynin (ə) mübarək başı niyə Quran oxuyurdu?

Şübhəsiz, İmam Hüseynin (ə) nizə başında danışması bir möcüzədir. Bu hadisə 2 dəfə baş vermişdi. Biri Kufədə və o birisi də Şamda.

Zeyd ibni Ərqəm nəql edir: “Həzrətin (ə) mübarək başı nizə üstündə idi. Mənim yanımdan keçirdi və bu ayəni eşitdim: “Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır)”. (“Kəhf” 9).

Allaha and olsun ki, tüklərim biz-biz durdu. Çağırdım: Ey Rəsulallahın oğlu! Allaha and olsun ki, sənin başının (dastanı) daha da heyrətləndiricidir”.

Zeyd demək istəyirdi ki, Kəhf səhabələrinin dastanı heyrətləndirici olmasına baxmayaraq, onlar öləndən sonra danışmırdılar. Lakin sənin başının dastanı daha heyrətləndiricidir. Çünki bədənindən ayrılandan sonra danışır və Quran oxuyurdu.

İbn Şəhri Aşub nəql edir: “İmam Hüseynin (ə) başını Kufə bazarında gəzdirirdilər. Başdan səs gəldi və bu ayəni tilavət edirdi: “Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər»”. (“Kəhf” 13).

Rəzil əsgərlər İmamın (ə) mübarək başını ağacın başından asdılar və bu zaman İmamın (ə) başı bu ayəni tilavət etdi: “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227).

Mərhum Hacı Şeyx Cəfər Şuştəri “Kəhf” surəsinin 13-cü ayəsi haqqında yazır: “Belə görünür ki, bu ayənin oxunması inayət idi və ona görə də mübarək başı məhz bu ayəni oxuyurdu. Bizim təsəvvürümüz belədir ki, bu ayəni tilavət edərək öz və tərəfdaşlarının hərəkatını yada salmaq istəyir və həmin ayəni öz zəmanəsi ilə uyğunlaşdırırdı”.

Bəli, bu ayə İmam Hüseynin (ə), qardaşlarının, övladlarının, qardaşı uşaqlarının və başqa əzizlərinin halına uyğun idi. Bu ayəni tilavət edərək öz və tərəfdaşlarının halını bəyan edirdi. Necə Allah yolunda qanlarını tökdülər və şəhid oldular. Onların əsl hədəfi – Allaha iman idi. Allah da onların hidayətini artırdı və onlar da hidayətin ən ali dərəcəsinə çatdılar.

Şam camaatı Əbu Süfyan nəslinin təsiri altında yaşayırdı və ona görə də İmam Hüseyni (ə) xəlifənin əleyhinə qiyam edən xarici hesab edirdilər.

Bir ağsaqqalı kişi İmam Səccadın (ə) qarşısında dayanıb, İmam Hüseynin (ə) şəhid olmasına və Yezidin (lən) qalib gəlməsinə görə şadyanalıq edirdi. Bu zaman İmamın mübarək başı həmin ayəni tilavət etməyə başladı. Bu yolla cahil insanlara demək istədi ki, hansı xaricidən danışırsınız?

Bu gün Kərbəla torpağında şəhid olmuş möminlərin başı nizə üstündə sizin şəhərinizə gətirilıbdir. Onlar imanlı və mömin insanlar idilər. Allah da onların bu nurunu daha da artırdı.

Şeyx Əli Namazinin İmam Hüseynin (ə) nizə başında ayələr tilavət etməsi barəsində bəzi ehtimalları vardır ki, onlarla tanış olaq:

1. İmamın (ə) nizə başında danışması onun haqlı olmasının və qiyamının İlahi olmasının nişanəsidir. Həzrətin (ə) mübarək başı ona görə danışdı ki, haqlı olduğunu isbat etsin.

2. Həzrət hüseyn (ə) demək istəyir ki, baxmayaraq ki, başımı bədənimdən ayırmısınız, ancaq biz hələ də sağıq. Bizim həyatımız cavidandır.

Haris ibni Vəkidə nəql edir: “Mən o kəslərlə bir yerdə idim ki, İmam Hüseynin (ə) başını aparırdılar. Eşitdim ki, “Kəhf” surəsinin 9-cu ayəsini oxuyur və mən özümdə şəkk etdim ki, məgər belə bir şey ola bilərmi?

Həzrət (ə) mənə buyurdu: “Ey Vəkidənin oğlu! Məgər bilmirsən ki, biz İmamlar Allah yanında sağıq?””.

3. İmam (ə) bu yolla demək istəyir ki, mən o insanların əlində şəhid oldum ki, bizimlə eyni dində idilər (zahirdə). O kəslər idi ki, cəddim Peyğəmbərin (s) dinində idilər. Bu hadisə Kəhf hadisəsindən daha heyrətlidir.

İmam (ə) bu möcüzəsi ilə sübut etmək istəyirdi ki, haqq heç bir zaman məhv olmur, həmişə sağdır.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031