İnsanın xoşbəxt olması üçün lazım olan amillər
Mьəllif: admin1
Tarix: 27-06-2020, 09:32
İnsanın xoşbəxt olması üçün lazım olan amillər
Allahın insana verdiyi mükafatlar müxtəlifdir. Allah hər bir yaxşı əməl sahibini mükafatlandıracağına söz vermişdir.

“Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz”. (“Zumər” 20).

Qurani-Kərimin başqa yerində buyurulur: “Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız”. (“Muzzəmmil” 20).

“Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar”. (“Yunus” 26).

Hər bir yaxşı əməlin özünəməxsus mükafatı vardır. Bunları bir neçə dəstəyə bölmək olar.

1. Tez həyata keçən mükafatlar.

Allah Təala bəzi əmllərin mükafatını bu dünyada verər və həmin savablar insanın yardımına gələr. Qurani-Kərim buyurur: “Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!”. (“Nəhl” 30).

2. Çatışmamazlıqların əvəzini verər.

İnsan ömrü çox qısa və əməli də o qədər dəyərsizdir ki, onun vasitəsilə axirəti əldə edə bilsin. Allah Təala Öz sonsuz fəzli ilə bu fasiləni doldurar. İnsan dünyasını dəyişsə belə, Allah Təala onun bəzi əməllərini savabsız buraxmır və uzun müddət onun savabını davam etdirir.

İmam Baqir (ə) buyurur: “Allah bəndələrindən hər kəs ki, gözəl və layiqli sünnət qoyar, bu sünnətə əməl edənlərin savabı qədər savabı olar. Baxmayaraq ki, bir nəfərdən belə, bu savab azaldılmaz. Hər kim pis adət qoyar, cəzası ona əməl edənlərin cəzasına bərabər olar. Baxmayaraq ki, bir nəfərdən belə, bu cəza azaldılmaz”.

Allahın əzabının qorxusu – insanı günahdan saxlaya bilən amillərdəndir. Bir tərəfdən insan savaba ümid edər və günahdan çəkinər, o biri tərəfdən isə cəzadan qorxub, büdrəmələrini azaldar.

Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: “(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm! Və həmin ağrılı əzab (da) Mənim əzabımdır”. (“Hicr” 49-50).

Heç bir rəzil rəftar cəzasız olmaz. Ona görə də insan güman etməsin ki, pis əməli məhv ola bilər. Davamlı olaraq pis əməldən çəkinməlidir ki, cəzasına düçar olmasın.

İlahi cəzanı bir neçə dəstəyə bölmək olar:

1. Tez həyata keçən cəza.

Bəzi pis əməllərin nəticəsini insan bu dünyada görər. Ömrün qısalması, nemətlərin azalması və dəyişməsi, şərrin hakim olması, duaların həyata keçməməsi kimi.

Quran buyurur: “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30).

2. Ölüm keçidi.

Bəzi cəzalar can verən zaman insana hakim olar. “Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi – həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər!”. (“Casiyə” 21).

3. Məhşər qorxusu.

“(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar”. (“Rəhman” 41).

4. Cəhənnəm cəzası.

“Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir”. (“Yasin” 63).

İnsan əgər bu amillərə diqqət etsə, səadətini həm bu dünyada və həm də axirətdə təmin edə bilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930