Övlad və mal sevgisi insanın fitrətinə qoyulub ki, imtahana çəkilə bilinsin
Mьəllif: admin1
Tarix: 18-06-2019, 22:22
Övlad və mal sevgisi insanın fitrətinə qoyulub ki, imtahana çəkilə bilinsin

Övlad və mal-dövlət insana verilmiş dünya zinətləridir. Qurani-Kərim buyurur: “Mal və övladlar dünya həyatının zinət və bəzəyidir”. (“Kəhf” 46).

“Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır”. (“Ali-imran” 14).

Dünya elə bir yerdir ki, insan axirət dünyasına azuqə toplamaq üçün gələr. Allah ona bu dünyada çox sayda nemət verər ki, onların yardımı ilə axirətini əldə edə bilsin. Bu nemətlərdən biri də övladdır.

İnsan əgər saleh övlad yetişdirərsə, onun vasitəsilə axirətini abad edə bilər. Lakin əgər bu dünyada onu zinət hesab edib qürurlanarsa, bu zaman əsl hədəfini unutmuş olar. Yuxarıdakı ayə insanlara verilən nemətlərin adını çəkir və onları imtahan vasitəsi kimi tanıdır.

Allah Təala buyurur ki, bunlar dünya həyatından faydalanmaq üçündür. Lakin sizin üçün ən yaxşı qayıdış yeri – axirətdir. Yəni, Allah buyurur ki, bunları sizə vermişəm ki, rahat yaşayasınız, lakin sizin üçün ən yaxşısı axirətdir. Onun üçün səy göstərib çalışın.

Maddi vasitələr olmadan bu həyatda rahat yaşamaq mümkün deyildir. Allah Təala övlad və mal sevgisini insanın fitrətinə qoymuşdur ki, onu imtahana çəkə bilsin.

“Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik”. (“Kəhf” 7).

İnsan bu imtahandan başuca da çıxa bilər və mənəvi pilləkəndə qalxar, alçaq və xar da çıxa bilər ki, süqut edər.
Bu ayələrdən çıxartdığımız nəticələr:

- Maddiyata olan təbii əlaqə hər bir insanın fitrətində mövcuddur. Təhlükəli olan budur ki, dünyanın zinətlərinə və cilvələrinə aldanaq. Onlara olan əlaqəni kontrol edə bilməyək.

- Dünyanın cilvələri insanlar üçün adidir.

- Həyat yoldaşı və övlada olan hədsiz əlaqə hər şeydən əvvəl insanı dünyaya bağlayır.

- Ehtiyatlı olaq ki, bu cilvələr bizi qəflətə salmasın.

- Aqibətin pis olmasının amillərindən biri də budur ki, insan dünyaya bağlansın və onu həddən artıq sevsin. Çünki yaxşı aqibət ancaq Allahın yanındadır.

- Bu sahədə tərbiyə olmağın yolu dünyanı tənqid edib, axirətin mənəvi əzəmətini bəyan etməkdir.

- Dünyaya olan sevgini kontrol etməyin ən yaxşı yolu – onu cavidan axirət ilə müqayisə etməkdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031