"Haram loxma duanın qəbulunda ən boyük maneədir"
Mьəllif: admin1
Tarix: 16-07-2020, 11:36
"Haram loxma duanın qəbulunda ən boyük maneədir"

"Əhli-beyt (ə) imamları da bu həqiqətii bir çox hədislərində dilə gətirmişlər. Halal qazanc duanın qəbulunun əsas şərtidir" - Ayətullah Şübeyr Zəncani.

Qum elm hövzəsinin şagirdlərindən bir qrupuna xitab edən Ayətullah Zəncani sözlərini belə davam etdirib: "Xumus və zəkat ödəməmək malın haramla qarışmasına gətirib çıxarar və haramla qarışan mal da haramdır.

Xumus, günahsız imama və kasıb, fəqir Seyyidə aid bir maldır. Bunu yerinə çatdırmayan kimsə əslində başqalarının malını istifadə etmiş və harama bulaşmış olar."

Ayətullah Zəncani belə qeyd etmişdir: "Bir çox rəvayətdə ruzilərin müqəddər olduğu və insanın ruzisinə haram bulaştırmaması lazım olduğu ifadə edilmişdir.

Bizim vəzifəmiz halal qazanc əldə etmək üçün səy sərf etməkdir. Böyüklərimiz bu mövzuda çox həssas davranırdılar. Haram mal insanın mənəvi inkişafını qətiliklə maneələr yaradar və aqibətdə isə axirət əzabı vardır."

Duanın qəbulunda zaman və məkanın əhəmiyyətinə də toxunan Ayətullah Zəncani sözlərinə belə davam edib: "Bu barədə Peyğəmbərimizdən (s.ə) və Əhlibeyt imamlarından (ə) müqəddəs rəvayətlər gəlmişdir. Bu səbəbdən rəvayətlərdə zikri keçən zaman və məkanların duanın qəbulunda qəti təsiri vardır."
/abna/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930