İki qulaq və bir dilə malik olmağımız təsadüfi deyildir
Mьəllif: admin1
Tarix: 16-03-2018, 22:32
İki qulaq və bir dilə malik olmağımız təsadüfi deyildir
Bəzən elə cümlələr zehnimizə həkk olur ki, uzun müddət yadımızdan çıxmır. Az da olsa insanı təfəkkür etməyə vadar edir.

Bu cür cümlələrdən biri də budur: “İki qulaq və bir dilə malik olmaq təsadüfü deyildir”. Əgər bu deyim insanın əməl meydanında qərar tutarsa, çox sayda çətinliyi aradan qaldırar.

Allah Təala kitab əhlinə xitab edərək buyurur: “Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz”. (“Ali-İmran” 66).


Bu ayə kitab əhlinə xitab olmasına baxmayaraq, lakin hər bir əsrdə yaşayan insana şamil ola bilər.

Bu ayə buyurur ki, o şeyə ki, elminiz var, bunun barəsində yersiz suallar verirsiniz. Halbuki, siz Həzrət İsanın (ə) yeməyə, paltara olan ehtiyacını görmüsünüz.

Lakin yenə də onun haqqında müzakirəyə əyləşirsiniz. Ona görə də bir qrup onu yalançı və o biri qrup isə Allahın övladı adlandırır. Ya da İncil və ya Tövratda nişanələri gələn Həzrət Muhəmmədin (s) haqqında bilə-bilə müzakirə edirsiniz.

Siz əgər bildiyiniz şey haqqında bəhs edirsinizsə, bilmədiyiniz haqqında bəs nə edirsiniz?

İslam dini gəldiyi ilk gündən insanları birləşdirmək və vəhdət halına salmaq istəyir. Çünki hər bir cəmiyyətin inkişafı vəhdət səviyyəsindən asılıdır.

Bu zəminədə mühüm olan mövzu - insanların bir-biri ilə yaxşı danışmasıdır. Çox sayda münaqişələr pis danışmaq və pis başa düşməkdən qaynaqlanır.

Ona görə də demək lazımdır ki, danışan zaman ən əsas şərt - agahlıq və elmdir. Elm olmadan danışmaq özü ilə pis nəticələr gətirər.

Tarixə nəzər salan zaman görmək olur ki, bəzən yanlış xəbərlər və şayiələr bir müddət cəmiyyəti qorxuya və dəhşətə salmışdır.

Halbuki, əgər macəranı danışan bir qədər təfəkkür etsəydi, həqiqəti dərk etməyə çalışsaydı insanların abırı getməzdi və cəmiyyət də dəhşətə düşməzdi.

Bunun aydın nümunəsinə Quranda rast gəlmək olur: “O zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki, o, Allah yanında böyük (günah) idi”. (“Nur” 15).

Şayiə insan şəxsiyyətini məhv edən amillərdəndir. İnsanların cahilliyindən irəli gəlir.

İctimai, siyasi həyatda bəzən görünür ki, insanlar bilmədikləri mövzu haqqında nəzər yürüdür, dini və ya elmi sahədə ideyalar verirlər.

Halbuki bu sahədə mütəxəssis deyildirlər. Sadəcə “mən bilmirəm”, ya da “bu mənim sahəm deyildir”- kimi cümlələr işlətməkdən aciz olurlar. Bu, bir eyb deyldir. Çünki bir müəllim, bir həkim və ya bir dindar hər bir sahədən agah ola bilməz.

Necə də yaxşı olardı ki, bir həkim diaqnoz verə bilmədiyi bir xəstəni daha mütəxəssis bir həkimin yanına göndərərdi. Yazdığı yanlış reseptlə həyatını təhlükəyə salmazdı.

Necə də yaxşı olardı ki, ata və ana övladının verdiyi suala “bilmirəm” cavabını verib, bildiyi şəxsdən soruşaydılar.

Burada İmam Əlinin (ə) bu nurani kəlamının əhəmiyyətini dərk edirik ki, buyurub: “O şeyi ki, bilmirsən - demə. Bəlkə bildiyin hər şeyi də demə”.

Ona görə də söz danışan zaman riayət etməli olduğumuz məsələ budur ki, bildiyimiz mövzu haqqında danışaq. Əgər bəhs etdiyiniz mövzu bildiyiniz elmə aiddirsə, dəyərlidir.

Əgər mövzunu bilməyərək yayındırmaq xarakteri daşıyırsa, tənqid olunasıdır. Hər bir insan bilməldir ki, bilməmək eyb deyildir. Əslində bilmədiyin şeylər haqqında danışmaq eybdir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930