Qəbir üzərinə su tökmək
Mьəllif: Admin
Tarix: 20-04-2024, 10:44
Qəbir üzərinə su tökmək
Meyit dəfn edildikdən sonra məzarının üzərinə su səpmək müstəhəb hesab olunur. Bəziləri bunun şaman inancından qaynaqlandığını söyləsə də, bu deyilənlər həqiqəti əks etdirmir.

Meyit qəbrə qoyulduqdan sonra üzərinə su tökmək əslində Allah Rəsulunun (s) həyata keçirdiyi bir əməldir.

“Əl-Məvsulatul-Fiqhiyyə” kitabının qeyd etdiyinə görə, Hənəfilər, Şafeilər və Hənbəlilər ölü dəfn edildikdən sonra qəbrin üzərinə su səpməyi sünnət bilirlər. Çünki Allah Rəsulu (s) Sad bin Muazın qəbrinə su səpmiş və Osman bin Mazunun da qəbrinə su səpməsini əmr etmişdir.

Şafeilər və Hənbəlilər ayrıca olaraq bunu da əlavə etmişlər: “Qəbrin üzərinə kiçik çınqıl daşları da qoyulmalıdır.

Çünki Muhəmməd bin Cəfər atasından belə rəvayət etmişdir: “Peyğəmbər (s) oğlu İbrahimin qəbrinin üzərinə su səpdi və çınqıl daşları qoydu.” (“Əl-Məvsuatul-Fiqhiyyə”, c. 32, səh. 250. Daha ətraflı bax: “Təbyinul-Həqaiq”, c. 1, səh. 246; “Əsnal-Mətalib”, c. 1, səh. 328; “Kəşful-Qina”, c. 2, səh. 138)

Allah Rəsulu (s) oğlu İbrahimin və digər səhabələrin də qəbrinin üzərinə də su səpmişdir. Biz burada nümunə üçün bəzilərini qeyd etdik.

Qəbrin üzərinə su səpmək əsasən qumlu və səhra tipli ərazilər üçün xarak-terikdir. Belə ki, qəbrin torpağının külək vasitəsilə aradan getməməsi, torpağın su vasitəsilə möhkəmlənməsi və beləliklə də vəhşi heyvanların qəbri aça bilməməsi kimi səbəblərdən dolayı bu proses olduqca münasibdir.

Qəbrin üzərinə daşların qoyulması da qəbrin möhkəm olması və qəbrin aradan getməməsi üçün münasibdir.

Bundan əlavə, “Səhihi Buxari” və “Müslim”də yer alan məşhur bir hədisdə bu mövzuya dəlil kimi istifadə olunur:

Allah Rəsulunun (s) bir qəbristanlıqdan keçərkən iki nəfərin bəzi kiçik qüsurlardan ötrü qəbirlərində əzab çəkdiklərini gördü. Biri sözgəzdirənlik etdiyi, digəri də ayaqyolunda təmizliyə riayət etmədiyi üçün bu sıxıntıya düşmüşdülər. Yerdən yaş bir ağac budağı götürərək iki yerə böldü və qəbirlərin başına basdırdı.

Səbəbini soruşan səhabələrə buyurdu: “Bu iki budaq qurumadığı müddətcə onların çəkdikləri əzabın yüngülləşməsinə ümid olunur.” (“Səhih Buxari”, Cənaiz, 82, 89; “Səhih Müslim”, İman, 34; “Əbu Davud”, “Təharət”, 26)

Qəbirlərin üzərinə yaşıl bitkilərin, yaxud qəbrin yaxınlığında həmişəyaşıl ağac və kolların əkilməsi adəti də məhz bu hədisə istinad edilir.

Bəzi mənbələrdə qəbirlərə su səpməyin də eyni ilə yaş ağac hökmündə olduğu və torpaq rütübətli olduğu zamana qədər qəbir əhlindən əzabın götürüldüyü qeyd olunmaqdadır.

İmam Nəvəvi deyir: “Peyğəmbər (s) qəbrə yaş ağac basdırıb deyirsə ki, bu, ölüyə xeyirdir, onda heç şübhə yoxdur ki, Quran da ölüyə faydalıdır.” (“Səhihi Müslim” c. 3, səh. 61)

Müsəlmanın dirisi və ölüsü çox möhtərəmdir. Fiqh kitablarında rast gəldi¬yimiz bir sıra şəri məsələlər buna görə qeyd olunub. Məsələn, qəbrin ətrafını zibilləməmək, qəbrin üzərinə nəcasət bulaşdırmamaq, qəbri tapdalamamaq, üzərinə oturmamaq və sairə.

Hətta qəbir açılarkən belə ölünün sümüklərini hörmətsizcəsinə ora-bura atmaq, sındırmaq şəriətdə qadağan edilmişdir.

Allah Rəsulu (s) buyurmuşdur: “Mömin ölü ikən onun sümüyünü sındırmaq diri ikən sındırmağa bərabərdir.” (“İbn Macə” c. 1, səh. 516)

Odur ki, qəbri təmiz saxlamaq, üzərini su ilə təmizləmək, ətrafına, üzərinə yaşıllıq əkmək bəyənilən işdir.

Sual: Qəbristanlıqda, yaxud qəbir üzərində çıraq yandırmaq olarmı?

Cavab: Bu işdə heç bir maneə yoxdur. Hər şeyə şirk adı verən təkfirçi cərəyanlar bunu da yersiz olaraq şirk adlandırırlar. Bir qəbristanlıqda işıq sis-teminin olmasının, lazım olan təqdirdə insanların gecələr belə rahat ziyarətə gedə bilməsinin nə eybi var ki? Bəzən gecə meyit dəfn edilərkən yenə bu sistem məqbuldur.

Peyğəmbərlərin, ilahi övliyaların qəbri ilahi şəair olduğundan bu cür məsələlər olduqca təbiidir. İnsanlar hər zaman bu mübarək şəxslərin qəbrinin ziyarətinə gəlir, Quran oxuyub namaz qılırlar.

Belə bir şəraitdə də bu məkanların işiqlandırıl-masına ehtiyac olur. İslam ölkələrində ziyarətgahlar adətən bu cürdür. Əgər şirkdirsə, onda ən böyük şirk Məkkə və Mədinə şəhərində olan ziyarətgahlardadır.

Meyit dəfn olunan gecə qəbrin yanında bir məşəl, yaxud qəbrin üzərində lampa, şam kimi işıq saçan vasitələrin olması qəbirdən vəhşi heyvanların uzaq qalmasına səbəb olur.

Təcrübə göstərib ki, xüsusən kənd yerlərində vəhşi heyvanların yaşadığı ərazilərdə yeni qazılmış qəbirlərə heyvanlar gəlir və qəbri qazmağa çalışır. Belə olan təqdirdə meyitin dəfn olunduğu ilkin günlərdə bu kimi vasitələr münasib hesab olunur.

Daha sonralar qəbrin torpağı möhkəm olduqdan, yaxud üzəri daşla örtüldükdən sonra buna ehtiyac qalmır. Bütün bunlarla yanaşı, bunu eləməyin öz-özlüyündə heç bir eybi yoxdur. Buna şirk adı verənlərin heç bir məntiqi dəlili yoxdur. Bu gün heç kim bu işi görməklə Allaha şərik qoşmaq iddiasında deyil.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031