Dünyasını dəyişənlərə Quran oxumaq
Mьəllif: Admin
Tarix: 4-03-2024, 12:52
Dünyasını dəyişənlərə Quran oxumaq

Qurandan bir ayə, bir surə, hətta bütövlüklə bir Quran da oxuyub savabını ölənlərimizə hədiyyə edə bilərik.

Allah Rəsulunun (s) “Ölənlərinizə Yasin oxuyun” hədisi bu məsələyə dəlildir.

“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri:

1. Nəvəvi – “Riyazus-Salihin”, səh. 293
2. “Səhih Müslim”, c. 3, səh. 202
3. “Səhih Müslim”, c . 1, səh. 61
4. “Nəsai”, c. 6, səh. 117
5. Qunduzi Əl-Hənəfi – “Yənaibul-Məvəddət”, səh. 55
6. “Tirmizi”, c. 5, səh. 306
7. Əhməd ibni Hənbəl, c. 1, səh. 95
8. “Səhih Muslim”, c. 2, səh. 360
9. Cəlaləddin Suyuti – “Tarixul-Xuləfa”, səh. 190
10. “Büyük Şafii İlmihali”, səh. 198, türkçə
11. “Müsnədi Əhməd”, c. 5, səh. 26

Başsağlığı vermək:

Yaxınlarını itirənlərə başsağlığı vermək, dərdlərinə şərik olmaq və onlara Allahdan səbr diləmək dinimizin tövsiyələrindəndir.

Allah Rəsulu (s) buyur-muşdur: “Kim müsibətə uğrayana başsağlığı verərsə, o, yaxınını itirmiş kimsənin qazandığı savabdan bir o qədər savab əldə edər.” (“Furu-ul-Kafi” c. 3, səh. 205, 227; “Biharul-Ənvar” c. 82, səh. 79)

Başqa bir hədisdə isə “Başsağlığı vermək Cənnəti qazandırır” deyə buyu¬rulur. (“Əl-Vəsail” c. 2, səh. 872)

Rəvayətlərə əsasən istər dəfndən öncə, istərsə də sonra başsağlığı verilmə¬yində heç bir problem yoxdur.

Yaslı insana təsəlli vermək

Allahın Peyğəmbəri (s) buyurmuşdur: “Hər kim yaslı insana təsəlli versə, onun qədər əcri var.” (“Biharul-Ənvar”, c. 82 səh. 94, hədis: 46)

İmam Əli (ə) buyurmuşdur: “Hər kim övladı ölmüş anaya təsəlli verərsə, Allah Onun ərşindən başqa heç bir kölgənin olmayacağı gün ona Öz ərşinin kölgəsində yer verəcək.” (“əl-Kafi”, c. 3, səh. 227, hədis 3)

İmam Sadiq (ə) buyurmuşdur: “Təsəlli vermək üçün müsibətə düşənin səni görməsi kifayət edər.” (“Mən lə Yəhzuruhul Fəqih”, c. 1, səh.174, hədis. 505)

Yaslı insana təsəlli üçün deyilənlər

İmam Əli (ə): “Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: “Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin”.

Təbrik edəndə isə buyurardı: “Allah sizə bərəkət versin və mübarək etsin.” (“Musəkkinul- Fuəəd”, səh. 108)


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031