Vəfat edənə ölümündən sonra fayda verən üç əməl
Mьəllif: Admin
Tarix: 28-02-2024, 14:00
Vəfat edənə ölümündən sonra fayda verən üç əməl
Vəfat edənə ölümündən sonra fayda verən üç əməl: Allah Rəsulu (s) belə buyurmuşdur: “İnsan öləndə artıq əməl işləməklə savab qazana bilmir, ancaq əməl dəftərinə üç şeydən: sədəqeyi-cariyədən, öyrətdiyi faydalı elmdən və ona dua edən yaxşı övladdan savab yazılır.” (“Səhih Müslim”, Vəsiyyət, 14; “Əbu Davud”, Vəsayə, 14)

Allah Rəsulu (s) buyurdu: “İnsanın ən gözəl yeməyi onun öz qazancıdır. Həqiqətən övladı da onun qazancındandır.” (“Tirmizi”, c. 2, səh. 406; “İbn Macə”, c. 2, səh. 723 və sair)

Hədisdən bunu anlayırıq ki, övladın valideyni üçün verdiyi bütün növ ehsanlar Allah yanında qəbuldur və şəriətlə heç bir ziddiyyəti yoxdur. Bir insanın öz qazancından Allah yolunda sərf etməsi necə gözəl bir işdirsə, vali¬deyni üçün verdiyi ehsanlar da bu qəbildəndir.

Həzrət Peyğəmbər (s) yenə buyurur: “Mömin ölümündən sonra sağlığında etdiyi bu xeyirli əməl və yaxşılıqlara görə savab qazanacaq: öyrədib yaydığı elm, saleh övladdan miras qoyduğu mushəf (Qurani-Kərim), tikdiyi məscid, yolçu üçün tikdiyi ev, çəkdiyi su və sağlığında verdiyi sədəqə.” (“İbn Macə”, Müqəddimə, 20)

Bu kimi yüzlərlə hədis və rəvayətlər dünyasını dəyişən üçün verilən müx¬təlif növ ehsanların Allah yanında məqbul olmasına əsasdır.

Onlar üçün dua etmək: Dünyasını dəyişənlərin ardınca edilən dualar da Allah yanında qəbuldur və vəfat edənə faydası vardır. Bunu Peyğəmbərin (s) sözü və əməli təsdiq edir: “Cənazə namazı qılarkən ona ürəkdən dua edin.” (“Əbu Davud”, Cənaiz, 59)

Rəsulullah (s) bunu əməli şəkildə nümayiş etdirmiş və belə dua etmişdir: “Allahım, onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru, onu bağışla, ona mərhəmət et!” (“Əbu Davud”, Cənaiz, 56)

Dünyasını dəyişənlər üçün edilən dualar onun məqamının yüksəlməsinə səbəb olur. Buna işarə edən hədisi-şərifdə buyurulur: “Allah əmlisaleh bəndəsi¬nin Cənnətdəki dərəcəsini yüksəldər. Həmin bəndə “Ey Rəbbim! Hansı səbəblə dərəcəm yüksəldi”? deyə soruşduqda, uca Allah “Oğlunun sənin üçün dilədiyi bağışlanma sayəsində” buyurar.” (“İbn Macə”, “Ədəb”, 1)

Onlar üçün sədəqə vermək: “Bir nəfər Rəsulullahın (s) yanına gələrək soruşdu: “Ey Allahın Rəsulu (s)! Anam qəflətən dünyasını dəyişdi, heç nə deyə bilmədi. Əgər danışsaydı, özü sədəqə verməyimi istəyərdi. Mən onun adından sədəqə verə bilərəm?” Rəsulullah (s) buyurdu: “Bəli”. (“Müsnəd”, Əhməd ibn Hənbəl, c. 2, səh. 372)

Əbu Hüreyrə nəql edir: “Atası vəfat edən bir nəfər onun çoxlu malı oldu¬ğunu, lakin vəsiyyət eləmədiyini demiş, onun adına sədəqə verə bilərmi, deyə soruşmuşdur. Rəsulullah (s) buna icazə vermişdir.” (“Müsnəd”, Əhməd ibn Hənbəl, c. 2, səh. 372)

Əbu Hureyrə nəql edib: “Bir nəfər Rəsulullahın (s) yanına gəlib dedi: Atam dünyadan gedib və özündən sonra mal-dövlət saxlayıb, amma vəsiyyət etməyib.

İndi mən o malları onun tərəfindən sədəqə versəm günahlarının kəffarəsi olarmı? Rəsulullah (s) buyurdu: Bəli, ölüləriniz üçün “Yasin” surəsini oxuyun”. (Səhih Muslim, 5/73-78)

İbn Abbasın nəql elədiyi başqa bir hədis isə belədir: “Bir nəfər Rəsulul¬lahın (s) yanına gələrək soruşdu: “Ey Allahın Rəsulu (s)! Anam vəfat elədi. Onun üçün sədəqə versəm ona faydası toxunarmı?”

Peyğəmbərimiz (s) buyurdu: “Bəli”. Həmin şəxs dedi: “Bir meyvə bağım var. Hamı şahid olsun ki, onu anamın adından bağışlayıram”. (“Səhih Buxari”, “Vəsayə”, 15, 20)

Səd ibn Ubadə soruşur: “Ya Rəsulallah (s)! Anam vəfat etdi, onun üçün nə ehsan etsəm, daha xeyirli olar?”Allah Rəsulu (s) buyurdu: “Su”. (“Əbu Davud”, “Zəkat” 42)


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031