Dünyagörüşünün insan həyatında rolu
Mьəllif: Admin
Tarix: 21-02-2023, 14:30
Dünyagörüşünün insan həyatında rolu
Evimizin qapısını vaxtsız və gecə yarısı döyən tanımadığımız insana heç vaxt açmarıq. Səyahət etməyi planlaşdırdığımız şəhərdə havanın necə olduğunu bilənə qədər özümüzlə hansı paltar götürəcəyimizi bilmirik.

Dəvət olunduğumuz tədbirin yas mərasimi, yoxsa toy olduğunu bilməyincə, nə geyinəcəyimizə qərar verə bilmərik!

Hara getdiyimizi bilməliyik ki, vəzifəmiz bilinsin. Buna görə də inancımızın növü və digər dünyagörüşümüz davranışımıza və seçimimizə təsir edir.

Mərifətin əhəmiyyəti

Davranışımızın, danışığımızın növü dünyagörüşümüzə əsasən, formalaşdığı kimi, dünyagörüşün növü də biliklərimizdən qaynaqlanır.

Yəni dünyagörüşünün seçimi bilik növündən asılıdır. Müəyyən bir dünyagörüş növünü seçməyə səbəb olan isə özümüz və varlığımız haqqında olan biliklərimizdir.

Bu ifadə ilə belə nəticəyə gəlirik ki, bizim əməllərimiz dünyagörüşümüzdən yaranır. Dünyagörüşümüz isə biliklərimizdən asılıdır. Burada tanıma haqqında qısa izahı qeyd etmək lazımdır.

İnsanın digər məxluqlardan fərqi və üstünlüyü ondadır ki, onların böyük mərifət neməti vardır. Mərifətin əhəmiyyətinə gəlincə, kifayətdir ki, Allah Quranın bir çox ayələrində insanları elm əldə etməyə dəvət edir. Həmçinin təfəkkür və ağıl əhli olmayanları şiddətlə qınayıb, məzəmmət edir.

Allah Quranda bilmədiyimiz şeylərə tabe olmağı bizə qadağan etmişdir. "Bilmədiyin şeyin arxasınca getmə” (İsra, 35).

Habelə bir yolda gedən və elmsiz bir iş görən insanları düşünməyən kor, kar və lal insanlar bilir.

Mərifətin zərurətində həzrət Əlinin (ə) Kumeylə buyurduğu kəlam çox maraqlıdır. İmam (ə) buyurur: “Elə bir hərəkət yoxdur ki, sənin onda mərifətə ehtiyacın olmasın".

Mərifət hərəkətlərimizi dəyərli edir. İslam məktəbində əməl və əməllərimizin dərəcələri mərifətimizin səviyyəsindən asılıdır. Nə qədər çox mərifətə malik olsaq, işimiz bir o qədər dəyərlidir.

Quran və hədislərdə müsəlmanlar Allah, peyğəmbərlər, imamlar, varlıq, üsuliddin və füruiddinə mərifət tapmağa təşviq edilir.

Biz duada Allahdan istəyirik ki, özünü, peyğəmbərini və vəlisini bizə tanıtsın. Əks halda biz azmış olarıq.

İslam Peyğəmbərindən (s) bir rəvayətdə deyilir: "Hər kim ölsə və öz dövrünün imamını tanımasa, cahiliyyət dövründə ölmüş kimidir".

Möhsin Qəraəti tərəfindən yazılmış " Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930