Ayətullah Cavadi Amuli: “İnsanı Allaha çatmağa qoymayan onun dünyasıdır”
Mьəllif: Admin
Tarix: 20-02-2023, 10:52
Ayətullah Cavadi Amuli: “İnsanı Allaha çatmağa qoymayan onun dünyasıdır”
Ayətullah Cavadi Amuli buyurur: İnsanı Allaha yaxınlaşdıran yeganə cəhət dünya və təbiətdən pak olmaqdır. Çünki dünyaya bağlı olan insan Allaha çatmaz.

İnsanı Allaha çatmağa qoymayan onun dünyasıdır, istər mal-dövlət olsun, istər məqam, istər də özünü sevmək.

Allah-Təala qüsl, dəstamaz və təyəmmümü bəyan edəndən sonra buyurur:

وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ

“Allah sizi paklaşdırmaq istəyir”.[1]

Yəni bu təharətin sirri sizin paklaşmağınızdır. İnsan pak olmayınca, pak olan Allah çatmaz. Allahın həm maddi, həm də ibadi cəhətdən təyin etdiyi bütün göstərişlərin sirri batinin paklanmasıdır. Bu təharət Allahın bəyəndiyi bir əməldir.

Allah-Təala buyurur:

لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

“Şübhəsiz, ilk gündən təqva üzərində qurulmuş məscid sənin onda namaza durmağına daha laiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir”.[2]

Bu paklanma (təharət) vəzifə deyil, bəyənilmiş bir əməl olduğu üçün istənilir. Onlar batinin paklığını istəyirlər. Əgər çalışıb təharətə nail olsalar, Allahın sevimlisi olarlar. O zaman dünyada onlarla müxlifət edə biləcək heç nə qalmaz.

Allahın sevimlisinə çevrilən insana yaradılış nizamının itaət etməməsi mümkün deyil. Çünki Allahın sevimlisi olan kəsin Allahın istədiyindən başqa istədiyi olmaz.

Cahan başdan-başa ilahi istək qarşısında itaətkar olduğundan Allahın sevimlisinə də itaət edəcək. Allahın sevimlisi qalib olar. Şübhəsiz, heç bir amil ona zərər verə bilməz. Çünki bütün varlıq alımi Allahın qoşunudur:

وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ

“Göylərin və yerin orduları Allaha məxsusudur”.[3]

Allah öz məhbubunu qoruyar və heç nə ona müsəllət ola bilməz.


[1] «Maidə» surəsi, ayə 6.

[2] «Tövbə» surəsi, ayə 108.

[3] «Fəth» surəsi, ayə 4.


(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930