İslam dininə iman insanın saədətə çatmağının amillərindəndir
Mьəllif: Admin
Tarix: 20-02-2023, 10:33
İslam dininə iman insanın saədətə çatmağının amillərindəndir
Hər bir insasnın xoşbəxtliyi onun öz əlindədir. Yəni insandır ki, özünü xoşbəxt ya bədbəxt edir. Bəs, insan özü barədə məsuliyyət daşıyır. Elə həyat sürməlidir ki, dünya və axirət səadəti təmin olsun.

Qurana görə, daimi və əbədi səadətə yalnız ixtiyari əməllər etməklə nail olmaq mümkündür. Deməli, xoşbəxtliyin əldə edilməsi yalnız ixtiyari əməlləri etmək mənasındadır. Onlar da xoşbəxtliyi yaradan amillərdir.

İnsan isə ona ancaq bu yolla çata bilər. Çünki insanın təbii istəyi olan xoşbəxtlik insanın ixtiyari əməllərinə daxil deyil. Daha doğrusu, xoşbəxtlik müəyyən amillərin yerinə yetirilməsi ilə reallaşır.

Buna görə də Quranda səadətə çatmaq üçün vasitə kimi təqdim edilən ixtiyari əməllər və ya “amillər” izah edilməlidir. Həmçinin xoşbəxtliyə çatmağın maneələri tanınmalıdır.

Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər bəyan edilmişdir. Səadətə çaymaq istəyənlər üçün Quran məntiqini axtarmaq və onunla tanış olmaq çox lazımdır.

Onlar həmin ilahi məntiq əsasında səadətin amilləri ilə tanış olmalıdırlar. Həmçinin bu amilləri həyata keçirməklə öz dünya və axirət səadətlərini təmin etməlidirlər.

Qurana baxdığımız zaman insanın dünya və axirət səadəti üçün müxtəlif amillərin zikr olunduğunu görürük. Bu amillərin tanınması insanın həyatında önəmli rola sahibdir. Ona görə də Qurandan bu amilləri çıxarmağa çalışacayıq.

Bu bəhsimizdə o amillərdən birini diqqətinizə çatdıracayıq. O da İslamı tanımaq və ona mərifət tapmaqdır.

Dini tanımaq, müvəffəqiyyətə və həqiqi xoşbəxtliyə qovuşmaq yolunda atılan ilk addımdır. Ona görə də hər bir insanın dini tam bilməsi lazımdır ki, dinin səadətli göstərişləri ilə öz həyat yolunu daha yaxşı idarə edə bilsin; Çünki dindən xəbərsiz həyat şeytanların fitnəsindən və səadətə zidd olan şeylərə bulaşmaqdan heç vaxt amanda ola bilməz.

« وَمَن يَبْتَغِ غَيْرَ الاْسْلَاـمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى الاْخِرَةِ مِنَ الْخَـسِرِين»

"Kim islamdan başqa bir din ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!".

Sözügedən ayə müsəlmanların (Allaha təslim olanların) axirətdə səadətdən bəhrələnəcəkləri və bəlalardan qorunacaqları məqamı ifadə edir.

“Yəbtəği” cümləsindən istifadə olunur ki, ayənin mənası İslamı eşitmiş, lakin onu tərk edib başqa dinlərə tərəf gedənlərdir. Bu insanlar qiyamətdə ziyana uğrayacaq və onların dini qəbul olunmayacaq.

Bu ayənin nazil olma səbəbi barədə Şeyx Tusi Əkrəmədən belə nəql edir: "Bir qrup yəhudi dedi ki, biz İslamı qəbul edib müsəlman olduq.

Sonra 97-ci ayə “وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ” nazil oldu və onlara İslami vəzifə və vacibatlardan biri olan həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə doğru getmələrini əmr etdi. Sonra bu ayə nazil oldu".

Beləliklə, bu nəticəyə gəlmək olar ki, dildə İslamı qəbul etmək kifayət etmir. Həqiqətdə səadətə çatmaq üçün onun gstərişlərinə əməl etmək şərtdir.

"Ali-İmran" surəsinin 81-ci ayəsində də buyurulur: "(Ey kitab əhli!) Yadınıza gətirin ki, o vaxtı ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, -deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi.

Onlar da: “Təsdiq etdik!” -deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, -deyə buyurmuşdu!".

İslam dinini qəbul etmək Allahın bütün əvvəlki peyğəmbərlərlə əhd-peymanı olduğu üçün Peyğəmbərin gəlişi və İslam dini ilə başqa heç bir din qəbul olunmur.

Mütəal Allah həmçinin "Ali-İmran" surəsinin 110-cu ayəsində buyurur:

«كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ تَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَ تُؤْمِنُونَ بِاللَّهِ وَ لَوْ آمَنَ أَهْلُ الْكِتابِ لَكانَ خَيْراً لَهُمْ مِنْهُمُ الْمُؤْمِنُونَ وَ أَكْثَرُهُمُ الْفاسِقُونَ‌«

"(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.

Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır".

Bu ayədən İslamın insan xoşbəxtliyi üçün digər dinlər (yəhudi və xristian dini) arasında ən yaxşı din olduğu başa düşülür.

Buna görə də İslam həqiqi və əbədi səadətə və qurtuluşa nail olmaq amillərindən biri hesab edilir. Onun göstəriş və prinsiplərini qəbul edib onlara əməl etməklə insan səadətə və uğura nail olar.

İnşallah gələn bəhslərimizdə Quran nəzərindən səadətə çatmağın digər amillərinə də işarə edəcəyik.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930