Cəmiyyət ilahi qanunlara necə əməl edir?
Mьəllif: Admin
Tarix: 7-02-2023, 10:50
Cəmiyyət ilahi qanunlara necə əməl edir?
Bəşər cəmiyyətində hər bir qanun insanlar arasında üsul tətbiq etməkləbəzi metodlarla həyata keçirilir və biz onları qısaca qeyd edirik:

1- Adət və təqlid: İnsanlar bəzən ancaq atalarına tabe olduqları üçün elm və bəsirətləri olmadan bir əmri qəbul edərlər. İslam heç vaxt kor-koranə tabeçiliyi qəbul etmir. Quran bir çox ayələrdə öz əcdadlarını təqlid edərək öz zülmlərinə haqq qazandıran müşriklərin yolunu şiddətlə tənqid edir.

“(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çılpaq təvaf) etdikləri zaman “atalarımızı belə gördük deyirlər.” (Əraf, 28).

Nə vaxt bir haqsızlıq etdilərsə, onların yeganə dəlili atalarımızın da bu işi görmələri idi. Allahdan başqasına ibadət etmək barəsində isə deyirdilər: “Biz atalarımızı onlara ibadət edən gördük!” (Ənbiya, 53).

2-Qorxu və hərislik: Zalımlar hədə-qorxu yolu ilə xalqı əsarət altına alır və qanunlarını icra edirdilər. Firon Musaya deyirdi:

“(Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” -dedi” (Şüəra, 29).

Onlar həm də şirnikləndirici vasitələrlə insanları cəlb edirlər. Necə ki, Firon öz dövrünün sehrbazlarını toplayıb onlara söz vermişdi ki, əgər Musanı rüsvay edə bilsələr, onlara həm muzd verəcək, həm də öz yaxınlarımdan edəcək:

“Sehrbazlar gələn kimi Firona dedilər ki, əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?” (Şüəra, 41).

Sözsüz ki, qorxu və tamah insanların qanuna tabe olması üçün iki güclü amildir. Lakin bu iki amil azad və şüurlu seçim gücünü xeyli zəiflədir.

İslam cəhənnəm qorxusunu və cənnət sevgisini artırsa da, amma vədlərin yerinə yetirilməsi bu dünyada olmadığı və insanlar onları uzaqlarda və ölümdən sonra gördükləri üçün yavaş-yavaş yollarını seçirlər.

Qiyamət gününə olan qorxu və hərislik insanları heç vaxt hərəkətə keçməyə məcbur etməyəcək. Bizim ən yaxşı sdəlilimiz, Allahın vədlərini bilə-bilə bu qədər işdə səhlənkarlıq göstərən insanların özlərinin obyektiv təcrübələridir.

3- Anlayış və agahlıq: övladlarına əmr edib və bəzi işlərdən çəkindirən valideynlər, bacardıqları qədər övladlarına yaxşı və pis şeyləri söyləməyə çalışır və onları əmrlərini qəbul etməyə hazırlayırlar.

Uşaq anladığı qədər biliyə əsaslanaraq hərəkət edir. əmr və qadağanın səbəbini anlamadığı hallarda isə ata-ananı özünə xeyirxah saydığı üçün onların əmrinə əməl edir. Həmçinin bilir ki, onlar elm üzündən danışır və səbəbsiz yerə əmr verməzlər.

İslam adətən insanları ilahi əmrləri qəbul etməyə dəvət etmək üçün bu yoldan istifadə edir. Habelə əmr və qadağalarının səbəblərini qısa və ya təfərrüatlı şəkildə izah edir ki, möminlərin daha çox motivasiyası olsun.

4- Eşq və məhəbbət: Birini seviriksə, onun əmrlərinə əməl edirik. Baxmayaraq ki, bu maraq yersizdir. Elm və agahlıq, ağıl və idrak əsasında olan eşq və məhəbbətə gəlincə: "Allaha iman gətirənlərin Allaha olan sevgisi və məhəbbəti daha güclüdür” (Bəqərə, 165).

Aydındır ki, ən yaxşı, ən sağlam və ən ağlabatan yollar üçüncü və dördüncü yollardır. “Anlayış və agahlıq” yolu və “eşq və məhəbbət” yolu. Bu, İslamın açıq-aydın əmridir ki, buyurur: “125.

(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et” (Nəhl, 125).

Möhsin Qəraəti tərəfindən yazılmış "İslami əqidə prinsipləri; (Nübüvvət)" kitabından götürülmüşdür.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930