Bəni-İsrailin xilaskarı
Mьəllif: Admin
Tarix: 8-01-2023, 10:29
Bəni-İsrailin xilaskarı
Həzrət Musa (ə) Lavi ibn Yəqubun nəslindən olan İmranın oğlu hesab olunur. O, Nuh (ə) və İbrahimdən (ə) sonra “Kəlimullah” (Allahla həmsöhbət) ləqəbli üçüncü Ulul-Əzm peyğəmbər idi. Müstəqil şəriət və kitaba sahib idi.

Musa (ə) birbaşa Allahla danışdığı üçün ona “Kəlimullah” məqamı verilmişdir.

Musanın (ə) tərəfdarlarının əksəriyyəti “Bəni-İsrail” irqindən idi. Bu dinin ardıcılları “yəhudi” adı ilə tanınırdılar. Qurani-Kərimdə hər iki kəlmə gəlib. Bu fərqlə ki, “yəhudi” sözü işlədildiyində bu din nəzərdə tutlub. Amma “Bəni İsrail” sözü həm irq, həm də din üçün işlədilir.

Həzrət Musanın (ə) adı Qurani-Kərimdə 136 dəfə gəlib. 420-yə yaxın ayədə onun həyatında baş verən hekayətlərdən və mühüm hadisələrdən bəhs edilir. Onun adı Bəqərə, Ali-İmran, Nisa, Maidə, Ənam, Əraf, Yunis, Hud, İbrahim, İsra, Kəhf, Məryəm, Taha, Ənbiya, Şüəra, Nəml, Qəsəs, Əhzab, Saffat, Şura, Zuxruf, Naziat və Əla surələrində gəlib.

O, məzlumları müdafiə etmək üçün fironlarla vuruşdu və Misirdən qaçdı. 10 il Şueyb peyğəmbərin (ə) yanında işləmiş və onun qızı ilə evlənmişdir.

O, Misirə qayıdarkən Tur dağı istiqamətindən (Misirdən şimal-şərqdə) od görüb ora tərəf getdi. Ora çatanda bir səs eşitdi. Bu səs Musa (ə) ilə danışan və Musanın peyğəmbərlik məqamına çatdığını bildirən Allahdan idi.

Allah Musanı (ə) peyğəmbərlik məqamına yüksəltdikdən sonra ona Fironun yanına getməyi və onu Allaha ibadət etməyə dəvət etməyi tapşırır.

Firon Allahı qəbul etmədi və Musanı və onun tərəfdarlarını məhv etməyə çalışdı. Musa (ə) Bəni-İsrail qövmü ilə birlikdə Misirdən qaçdı və bu yolla Bəni-İsrail Musa (ə) tərəfindən zalımlardan xilas oldu.

Bəni-İsrail Şam diyarı olduğu deyilən Müqəddəs Torpağa doğru irəlilədilər və bu yolda böyük güc qazandılar. Onlar döyüşə getməli idilər, lakin döyüşməkdən imtina etdilər və Musaya (ə) dedilər ki, sən və sənin Allahın döyüşə gedin.

Bu itaətsizlik Allahın Bəni-İsraiə vəd edilmiş diyara girməyi qırx il qadağan etməsinə səbəb oldu. Onlar qırx il səhrada sürgünə məhkum edildilər. Bu dövrdə onlar üçün aclıq, susuzluq kimi problemlər yaranır ki, bu da Allahın əmri ilə həll edilir.

Həzrət Musa (ə) səhrada köç halında olarkən 120 və ya 126 yaşında dünyasını dəyişdi. Həzrət Musanın (ə) vəfatı eramızdan təxminən on yeddi əsr əvvələ təsadüf edir. Bəzi rəvayətlərə görə Həzrət Musanın (ə) qəbri gizlidir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930