Qiyamət günündə kimlərin yükünü daşımalı olacağıq?
Mьəllif: Admin
Tarix: 5-12-2022, 13:05
Qiyamət günündə kimlərin yükünü daşımalı olacağıq?
İslam dininin əsas təməl prinsiplərindən biri budur ki insanlar o dünyada təkcə öz əməllərinə görə cavab verəcəklər.

Məsələn mən yaxşı insan olsam belə Allahın izni olmadan digəri üçün vasitəçilik edə bilmərəm və ya onun yükünü yüngülləşdirə bilmərəm.

İnsanları yolundan azdıranlar əksinə olaraq digərlərinin yükünü də götürməli olacaqlar.

Fatir surəsinin 18-ci ayəsində buyurulur:

"Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz.

(Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən.

Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!"

Bəzən müsəlmanlar müşrikləri islama dəvət edəndə onlar iman gətirməzdilər ki heç bəzən də müsəlmanları öz tərəflərinə çəkməyə can atırdılar. Onlar müsəlmanlardan Quranda gələn bu ayədəki məsələni tələb edirdilər:

"Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!" (Ənkəbut-12)

Amma ayə nazil oldu ki qiyamətdə günahkar digər günahkarın yükünü daşıya bilməyəcək. Bundan sonra bəzi istisnaları ifadə edən ayələr nazil oldu.

Yeni ayələrə əsasən insanları azdıran alim, insanları günaha sürükləyən, zülmün əsasını qoyan, onları Allah yoluna getməkdən çəkindirən insanlar aldatdıqları insanların yükünün bəzi qismlərini də daşımalı olacaqlar. Onlar bəzən məzlumun və aldanmışın yerinə də cavab verməli olacaqlar.

"Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və elmsizlik üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!" (Nəhl -25)

Digər ayədə buyurulur:

"Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər." (Ənkəbut-13)

Bu ayələrdə əməlsiz alimə, zalım hakimə, insanları azdıran şəxslərə ciddi xəbərdarlıq olunur.

Hədislərə görə qiyamət günündə insan ona veriləcək əməl dəftərini açanda orada etmədiyi günahları da görəcək və ya etdiyi savablardan bəzilərini orada tapmayaraq, təəccüblənəcək.

Orada ona "Sən filan şəxsin qeybətini etdin və ona görə savabların ona yazılıb" və ya "onun günahlarından sənə yazılıb" deyiləcək.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031