İntiharın qarşısını almaq üçün Quranın həll yolları
Mьəllif: Admin
Tarix: 23-11-2022, 10:41
İntiharın qarşısını almaq üçün Quranın həll yolları
Hesablamalar göstərir ki, ölümlə nəticələnməyən intihara cəhdlərin sayı ölümlə nəticələnən hadisələrin sayından 20 dəfə çoxdur.

Statistikaya görə, hər il dünyada 16 milyon insan "intihar düşüncələri" keçirir. Bu şəkildə hər il dünya əhalisinin təxminən 0,01%-i intihar edərək ölür. Lakin dünya əhalisinin təxminən 0,2%-i intihara hazırlıq görür.

Bu rəqəm çox böyük və misilsizdir. Elmi araşdırmalara görə, intihar fenomeni ilə mübarizədə üç addım vacibdir:

1_ Belə bir hərəkətə qarşı xəbərdarlıq edilməlidir.

2_ İntihara meyilli olanların qayğısına qalmaq, onlara ümid vermək və ümidsizliklərini müalicə etmək, onlara sevgi və mehribanlıqla yanaşmaq lazımdır.

3_ İntihar edənlərə ağır cəzalar nəzərdə tutulmalıdır.

İntiharın qarşısını almaq üçün Quranın təqdim etdiyi həll yolları

Amma Quranda qeyd olunan intiharın qarşısının alınması addımları eynidir. Demək ki, Uca Allah intihar barədə xəbərdarlıq edib, onun üçün ağır cəza təyin etmişdir.

Uca Allah Nisa surəsinin 29 və 30-cu ayələrində buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haram yolla yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!”

Allah bu iki ayədə intihardan çəkinmək üçün üç müalicə mərhələsini qeyd etmişdir; Əvvəla, oradakı deyir: “Özünüzü öldürməyin”, bu yolla intihar barədə xəbərdarlıq edir. İkincisi, Allah buyurur: “Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir” dedikdə bu da intiharı düşünən insanın ümidsizliyinin psixoloji müalicəsidir;

Allah buyurur ki, Öz rəhmətini onların halına şamil edir və eyni zamanda buyurur: “Biz onu cəhənnəm oduna atırıq” deyəndə çox şiddətli və məhdudlaşdırıcı bir əzab yaratmışdır.

İntihar hadisəsi Quranda diqqətdən kənarda qalmamışdır. Bununla bağlı xəbərdarlıq edilmiş və ona uyğun müalicə üsulları göstərilmişdir. Bu, İslam ölkələrində intihar nisbətinin mində 1-dən az olan minimuma enməsinə səbəb olub.

İki tədqiqatçı doktor Jose Manuel və Alessandra Fleishman birgə araşdırmaları zamanı vurğuladılar: İslam ölkələrində intihar nisbəti (bütün digər ölkələrdən fərqli olaraq) sıfıra yaxındır (mində birdən azdır). Buna səbəb İslamın intiharı qadağan etməsidir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031