Əməllərimizin o biri dünyada təcəssümü
Mьəllif: Admin
Tarix: 19-11-2022, 10:39
Əməllərimizin o biri dünyada təcəssümü
Din tədqiqatçısı və müəllif höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi çıxış dərsinin ikincisində Qiyamət günü və əməllərin nəticəsini görməyə işarə edib ki, onun mətnini aşağıda oxuya bilərsiniz;

Əmirəlmöminin Əlinin (ə) nəzərindən Quran qəlblərin bulağıdır və qəlblər Quranla inkişaf edir və çiçəklənir. Quranla insanlar yaxşılığa doğru yönəlir.

Qurana görə axirət dünyanın aynasıdır. Necə yaşayırıqsa, Qiyamətdə də eyni şəkildə qalxıb və əməllərimizin nəticəsini orada görəcəyik.

Qurani-Kərim buyurur: "Kim bu [dünyada] [ürəyi] kor olarsa, axirətdə [qəlbi] kor olar" (İsra, 72).

Bu ayədə korluq zahiri deyil, batini korluq deməkdir.

Başqa bir ayə də bu məsələni daha incə ifadə etmişdir: Bu gün (Qiyamət günü) üzr istəməyin, çünki siz ancaq etdiyiniz əməllərin əvəzini alacaqsınız! (Təhrim, 7).

Əllamə Təbatəbai deyir: “Bu ayə əməllərin təcəssüm tapmasına ən yaxşı ayədir”. Yəni, Qiyamət günü dadacağınız şey sizin əməlinizdir. Çünki burada deyilmir sizin əksül-əməlininiz.

Bu ayə sizin əməllərinizlə cəhənnəm əzabını dadacağınızı və ya cənnəti və onun gözəlliklərini dərk edəcəyinizi söyləmir.

Ancaq sizin əməlinizin (bu gün Qiyamət günü) həqiqətinin müəyyən olduğunu bildirir. Elə bu əməlinizlə cəza ya mükafat alarsınız.

Deməli, axirət dünyanın batini və dünyanın həqiqətidir. Əgər bəsirət gözümüz açıq olsa, bu dünyada axirəti yaxşı görə bilərik.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930