Saleh peyğəmbərin (ə) müşrikləri hidayət etmək üçün 120 illik səyi
Mьəllif: Admin
Tarix: 11-10-2022, 11:26
Saleh peyğəmbərin (ə) müşrikləri hidayət etmək üçün 120 illik səyi
Mədain Saleh və ya Hicr, Səudiyyə Ərəbistanının Mədinə vilayətində qədim yerdir

Saleh (ə) ərəb peyğəmbərlərindən və Sam ibn Nuhun oğullarından biri idi. Quranda onun adı Nuh (ə) və Hud (ə)-dan sonra çəkilir. Tarixi kitablara görə, Həzrət Saleh (ə) ilə ondan əvvəlki peyğəmbər, yəni Həzrət Hud (ə) arasında yüz illik fasilə olduğu qeyd olunur. Saleh (ə) insanları bütpərəstlikdən tövhidə dəvət edən üçüncü peyğəmbərdir.

Salehin (ə) adı Quranın müxtəlif surələrində 9 dəfə keçsə də, başqa dini kitablarda onun adı çəkilmir.

O, 16 yaşında peyğəmbər olmuş və 120 il qövmünü tövhidə dəvət etmişdir. Saleh (ə) Səmud qövmünün peyğəmbəri hesab edilmişdir. Səmud Mədinənin şimalında yaşayan bir qövm idi. Onların 70 bütləri var idi. Allah onları tövhidə hidayət etmək üçün onların arasından Salehi peyğəmbər seçənə qədər onlara ibadət edirdilər.

Ağıl, nəzakət və kamillik baxımından çox seçilən Saleh (ə) onları tövhidə və bütpərəstliyi tərk etməyə dəvət etdi və Allahın əzabından xəbərdar etdi. Lakin onlar onun dəvətini rədd etdilər və peyğəmbərliyini inkar etdilər.

Saleh (ə) illərlə bütlərin təsirsizliyini sübuta yetirməyə və xalqını tövhidə yönəltməyə çalışsa da, buna nail ola bilmədi. Nəhayət, Saleh (ə) təklif edir ki, onlar öz tanrılarından bir şey yerinə yetirməsini istəsinlər. Sonra da onlar Salehin (ə) Allahından bir şeyi yerinə yetməsini istəsinrlər.

Saleh (ə) bütlərə müraciət edir. Onlardan öz adlarını demələrini istəyir, lakin cavab almır. Digər tərəfdən, müşriklər Salehə deyirlər ki, Allahdan dağdan bir dəvə çıxarmasını dilə, bu baş verir. Dağdan qırmızı dəvə çıxır.

Saleh (ə) öz qövmündən dəvəyə hörmət etməyi istəyir. Lakin bəzi insanlar dəvəni kəsməyə qərar verirlər. Bu məsələ onlara nazil olan həqiqətin birbaşa inkarı səbəbindən Səmud qövmünə nazil olan ilahi əzabın və müşriklərin məhv edilməsinin dəlili olur.

Saleh və bəzi möminlər ilahi əzabdan amanda qalırlar. Bu hadisədən sonra onlar Məkkə, Rəmlə, Samirrə və Qəzzə şəhərlərinə hicrət etdilər.

Bu gün Fələstində Saleh peyğəmbərin adı ilə bir çox yerlərin olmasını Səmud qövmünün sağ qalanlarının Fələstində məskunlaşmasının səbəbi hesab edirlər. Saleh 280 il yaşayıb və dəfni Nəcəfdəki Vadius-Salam qəbiristanlığındadır.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031