İslam dünyası Məhəmməd Peyğəmbərin (s) mövluduna hazırlaşır
Mьəllif: Admin
Tarix: 8-10-2022, 10:47
İslam dünyası Məhəmməd Peyğəmbərin (s) mövluduna hazırlaşır
Rəbiul-Əvvəl ayının ortalarında müsəlman dünyası Məhəmməd Peyğəmbərin (s) mövludunu keçirir. Bu əlamətdar günlər müsəlman dünyasını birləşdirəcək mesajlara malikdir.

İnterAz xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün rəbiul-əvvəl ayının 11-dir. Hicri-qəməri təqvimi ilə rəbiül-əvvəl ayının 12 və 17-ci günlərinin təsadüf etdiyi həftəyə vəhdət və birlik həftəsi də deyilir. Bu Məhəmməd Peyğəmbərin (s) doğum gününə təsadüf etdiyi üçündür.

İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: Bir versiyaya görə o həzrətin doğum günü rəbiul-əvvəl ayının 12-ə, digər versiyaya görə isə 17-ə təsadüf edir.

Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət, birliyi naminə 1981-ci ildən etibarən böyük alimlərin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir.

Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Məhz belə bir günlərdə müsəlmanlar fərqli davranmalıdırlar və bu günlərin abu-havasını digər günlərə daşımalıdırlar.

Artıq bir sıra müsəlman ölkələrində bu gündən Məhəmməd Peyğəmbərin (s) mövludu ilə bağlı müxtəlif kütləvi mərasimlər keçiriləcək. Bir sıra ölkələrdə bu mövld tədbirləri bir neçə gün çəkəcək.

Müsəlman dünyasının bu günləri xüsusi şəkildə qeyd etməsi, aləmələrə rəhmət olan, bəşərin ən fəzilətlisi olan Məhəmməd Peyğəmbərə (s) görədir.

Bəşərin ən fəzilətlisinin və müsəlman dünyasının hidayətçisinin doğumu da, yaşayışı da və vəfatı da insaniyyət üçün hikmətlərlə doludur.

Qurani-Kərimdə buyurulur ki, Allah-Taala İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur:

“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”

Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur:

"Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın!"



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031