Yoxsulluğun və imkanlı olmağın imana təsiri
Mьəllif: Admin
Tarix: 31-05-2022, 10:54
Yoxsulluğun və imkanlı olmağın imana təsiri
Humanitar və Mədəniyyət Elmləri İnstitutunun elmi heyətinin üzvü Seyyid Məhəmməd Hadi Girami İslamın iqtisadiyyatla bağlı baxışı barədə yazıb: "Bəzən sual yaranır ki, İslam yoxsulluq və zənginlik arasında hansını daha dəyərli bilir? İslam mətnlərini mütaliə etməklə bu sualın cavabının o qədər də sadə olmadığını başa düşmək olar. "Yoxsulluq" və "zənginlik" tamamilə obyektiv və şəxsi düşüncələrdən ayrı iki fenomen kimi təsvir olunmur. İslam xəbərlərində bu fikirlər insana və onun tarixi cəhətinə aid hadisələr kimi təqdim edilmişdir. Zəngin və kasıb insanlar şərait və fərdi düşüncələr kontekstində araşdırılıb".

İslamın bu zəmində baxışı vəziyyətdən asılı olaraq ontoloji baxışdır. Məsələn baxmaq lazımdır ki, bu yoxsulluq və zənginlik kimin əlindədir? İkincisi, bu yoxsulluq və sərvət düna üçündür, yoxsa axirət? Üçüncüsü, bu yoxsulluq və zənginliyin olması üçün dua edilir, yoxsa reallaşıb?

Yoxsulluğa dünyəvi bir iş kimi baxsaq, yoxsulluq insanın haqq yolundan daha asan və tez azmasına şərait yarada bilər. Buna görə də, bu mənada olan yoxsulluq pisdir. Məhz buna görə də, dua etmək və daha yaxşı dünyəvi vəziyyət axtarmaq istəyən hər kəs yoxsulluq axtarmamalıdır. Amma digər tərəfdən, yoxsul olan şəxsi araşdırdıqda, əgər o insan imanını saxlaya bilsə və nəhayət vəfat etsə, belə bir insan axirətdə yoxsul mömin kimi yüksək məqama sahib olar.

İslam mətnlərinə görə, varlı olan və imanını özü ilə axirətə aparmış şəxslərə nisbətdə imkanı zəif olan şəxslərin məqamı yüsək olacaq. Ya hətta bəzi məlumatlarda onların cənnətə gedən sonuncu insanlar olacağı deyilir. Amma dünya vəziyyətini araşdırmaqla belə görünür ki, zənginlik yoxsulluqdan yaxşıdır və var-dövlətə sahib olmaq və zəngin olmaq yoxsulluqdan daha az azğınlıq üçün zəmin yaradır. Baxmayaraq ki, yoxsulluq qədər olmasa da zənginlik də belə bir mühit yarada bilər. Necə ki, "Ələq" surəsinin 6 və 7-ci ayələrində gəlib: "İnsan özünü ehtiyacsız hesab edən kimi üsyan edir".

Haqqında az danışılan digər hissə isə "Kəfaf"dır. "Kəfaf" insanın gəlir və xərclərinin bərabər olduğu bir vəziyyətdir. "Kəfaf" yəni insanın həyatda kifayət edəcək qədər imkana sahib olmasıdır. İslami xəbərlər göstərir ki, dua zamanı Allahdan istəyə biləcəyiniz ən yaxşı şey "Kəfaf"dır. Yəni yoxsulluq heç bir zaman istənilməməlidir. Allahdan sərvətin də istənilməsi yaxşıdır. Bəzi dualarda da istənilmişdir. Amma ondan da yaxşı "Kəfaf"dır. Çünki o, insanın bu dünyada imanını qoruması üçün ən böyük zəmanətçidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930