Səhv və günahın bağışlanmasının qiyməti
Mьəllif: Admin
Tarix: 11-05-2022, 10:30
Səhv və günahın bağışlanmasının qiyməti
İnsan həmişə vəsvəsə edilərək sınağa çəkilir. Buna görə də o, səhv bir iş görüb doğru yoldan çıxa bilər. Bəzən insan etdiyi günaha görə peşman olub geriyə dönmək üçün yol axtarır.

Bu, insanın pak bir həqiqətə sahib olduğunu göstərir. Bu səbəbdən də səhv edərsə, doğru yolu tapmağa, səhvini düzəltməyə və daxili çirklənməni aradan qaldırmağa çalışır.

Allah insana geriyə qayıdış yolunu açıb. Ancaq bütün insanlar bu yolda qərar tuta bilmirlər. Çünki bəzən səhvlər qəflətə və Allahdan uzaq olmağa səbəb olur.

Bu yolun adı tövbədir. Tövbə qayıtmaq deməkdir. Allaha qayıdış. Bu qayıdış hər an, xəta və günahın istənilən mərhələsində mümkündür. Əlbəttə ki, doğru yola nə qədər tez qayıdılsa, birinci nöqtəyə qədər olan məsafə bir o qədər yaxın və asan olacaq.

Amma hər bir yanlış ifadəni tövbə və qayıdış adlandırmaq olmaz. Çünki tövbənin mərhələləri və şərtləri var: Onun şərtlərindən biri budur ki, insan tövbə edib tövbə etməkdə israrlı olsun və artıq xəta etmək və günah etmək həvəsi olmasın.

Möhsin Qəraəti həqiqi tövbəni düzgün sürücülük etməyə bənzədir. O sürücü kimi ki, səhvlərinə qarşı diqqətli olur və səhvləri qarşısında vaxtında düzgün qərar verir.

O, bu barədə deyilir: "Sürücü səhv istiqamətə gedirsə, getdiyi yoldan geri dönür. Amma yoluna davam etsə və sadəcə desə: Mən yoldan çıxdım, mən yoldan sapdım, maşın əsas yola qayıtmayacaq. Müsafirlərin heç biri onu bağışlamazlar.

Tövbə keçmiş günahlardan qayıtmaq və səhvlərə düzəliş vermək deməkdir ki, bu halda Allah tövbəni qəbul edir: "Şübhəsiz Allah tövbəni qəbul edir". (Tövbə surəsi/104). "Allah həm də tövbə edəni sevir".(Bəqərə surəsi/222).

Əgər kimsəyə əziyyət edibsə, üzr istəsin. Əgər namaz qılmayıbsa, qılsın. Düzünü deməli idisə, bunu gizlətməməlidir. Hər hansı bir səhvi düzəldsin.

Quran tövbənin kənarında buyurur: "Və İslah edin". (Bəqərə surəsi/160). Yəni tövbə islah və düzəlişlə birlikdə olmalıdır. Tövbə dərhal olmalıdır. Çünki günahlar yığılarsa, tövbə çətinləşər. Necəki paltarın üzərindəki toz üfürməklə gedir. Ancaq toz çox olarsa, onu üfürməklə aparmaq olmaz.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031