Quranda salehlərə təvəssül etməyin həqiqəti
Mьəllif: Admin
Tarix: 1-05-2022, 11:18
Quranda salehlərə təvəssül etməyin həqiqəti
Təvəssül, dualarda nəzərə alınan və duanın qəbulunu sürətləndirən əsas məfhumlardan biridir. Təvəssüldə saleh insan vasitə qərar verilir ki, insanın duası Allah tərəfindən bağışlansın.

Buna görə də, Qədr gecəsində edilən əməllərdən biri də Əhli-beytin (ə) məqamına and verərək istiğfar etməkdir. Bəs Quran belə bir anlayışı təsdiq edirmi?

"Ey iman gətirənlər,Allahdan qorxun, Ona (yaxınlaşmaq üçündərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız." (Maidə, ayə 35)

Təvəssül, maraq və əlaqə üzündən bir şeyə yaxınlaşmaq mənasınadır. Ona görə də bu ayədə keçən "vasitə" sözü geniş məna daşıyır. O, insanı Allaha yaxınlaşdıran hər bir əməli və hər şeyi ehtiva edir.

İmam Əli (ə) bir rəvayətdə "Allaha və Peyğəmbərinə (s) iman, Allah yolunda cihad, ixlas kəlamı (Lə iləhə illəllah), namaz, zəkat, Ramazan ayının orucu, həcc, sileyi-rəhim, aşkar və gizli sədəqə və bütün yaxşılıqları" qeyd edərək onlarla təvəssül etmək olduğunu bildirir.

Quran ayələrindən çox gözəl istifadə edilmişdir ki, saleh insanı Allahın hüzuruna vasitə qərar vermək və ona xatir Allahdan bir şey istəmək heç bir şəkildə qadağan deyil. Bunun tövhidlə heç bir ziddiyyəti yoxdur.

"(Yəqubun oğlanları) dedilər: Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik". (Yusif, ayə 97)

Bu ayəyə əsasən, başqasından bağışlanma diləmək tövhidlə ziddiyyət təşkil etmir ki, heç, həm də Allahın lütfünə çatmaq üçün bir yoldur. Əks halda, Yəqub peyğəmbər (s) övladlarının bağışlanma tələbini necə qəbul edib, onların təvəssülünə müsbət cavab verə bilərdi?

Bu, övliyalara təvəssül etməyin caiz olduğunu göstərir. Ona qarşı çıxmaq Qurandan xəbərsizliyin və ya Quran təlimlərinin həqiqətlərinə çatmağımıza mane olan yanlış təəssübkeşliyin əlamətidir.

İnsanların doğru yola yönəlməsində dini liderin örnək rolu

Təvəssülə vurğu ona görə vacibdir ki, mömin Allaha yaxınlaşmaq yolunda öz rəhbərinin və bələdçisinin seçiminə diqqət yetirir. Belə bir seçim, emosional bağlılıq və bağışlanma və duanın yerinə yetirilməsi vasitəsi olmaqla yanaşı, onun hidayəti üçün də nümunə yaradır.

"Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər." (Nisa, ayə 64).

Bu ayə də açıq şəkildə bildirir ki, Peyğəmbərin (s) hüzuruna gedib onu Allah qarşısında şəfaətçi qoymaq və onun vasitəçiliyi və şəfaəti günahkarlar üçün təsirlidir və ilahi tövbə və rəhmətin qəbul olunmasına səbəb olacaqdır. Təbii ki, bu cür şəfaət günahkarların özlərində zəmin və ləyaqət və hazırlığın olmasını tələb edir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930