Dünyamızla axirət dünyası arasındakı əlaqə
Mьəllif: Admin
Tarix: 25-04-2022, 13:23
Dünyamızla axirət dünyası arasındakı əlaqə
Maddi dünyadan sonrakı həyatın necəliyi insanın suallarından biridir. Ölümdən sonra insanın maddi həyatı necə olacaq? Bu həyatın mənəvi dünya ilə əlaqəsi ola bilərmi? Yoxsa onların hər biri fərqli və ayrı bir məkanı təşkil edir?

İmam Əli (ə) müxtəlif vəziyyətlərdə maddi dünyanı keçici bir həyat, axirəti isə əbədi həyat kimi vəsf etmişdir: "Dünya üz çevirib və vida etmişdir" (Nəhcül-bəlağə / Xütbə 28).

Dünyanın insanla vidalaşma əlamətləri çox aydındır. Əvvəlki nəsillərdən qalan səssiz qəbiristanlıqlar və ya hər hansı səbəbdən ətrafımızda dünyasını dəyişən insanlar bu vidadan xəbər verir. Dünya səssiz kimi görünür, amma bizimlə fərqli şəkildə və müxtəlif yollarla danışır.

"Sizə ibrət olması üçün məzarlarına aparılıb qəbrə qoyulan ölüləri öz gözlərinizlə görməniz kifayətdir. Sanki onlar heç bu dünyada olmamışlar və əbədi yurdları axirətdir". (Nəhcül-bəlağə / Xütbə 188).

İmam Əli (ə) xəbərdarlıq edir ki, gec-tez bu dünya ilə vidalaşıb o biri dünyaya getməyə hazır olun. Fürsətləri əldən verməzdən əvvəl bu təhlükəli səyahət üçün lazım olanı hazırlayın.

O Həzrət, dünya ilə axirət arasındakı əlaqə haqqında belə buyurur: "Bilin! Bu gün məşq və hazırlıq günü, sabah isə yarış günüdür. Qaliblərin mükafatı cənnət, geri qalanların sonu isə cəhənnəmdir". (Nəhcül-Bəlağə / Xütbə 28).

Maddi dünya İmam Əlinin (ə) nəzərində çox dəyərsiz olsa da, lakin maddi dünya axirətdə uğur əldə etmək üçün bir vasitəyə çevrildiyi zaman çox qiymətlidir və ona etinasız yanaşmaq peşmanlığa səbəb olur.

"Agah olun! Ümid və arzu dövründə yaşayırsınız və ölüm onun ardınca gəlir. Hər kim bu fürsətdən istifadə edib ümidli günlərdə yaxşı işlər görsə, əməli ona fayda verər. Həmçinin əcəlinin çatması ona zərər verməz. Bu günlərdə səhlənkarlıq edən hər kəs zərər görəcək, ölümünün gəlişi isə ona zərər verəcək".

Odur ki, insan həyatı əbədi səadətə nail olmağa xatir xeyirli və faydalı əməllər etmək üçün ən gözəl fürsətdir. İnsan bu qısa fürsətdən düzgün istifadə etməsə, böyük peşmançılıq və itki ilə üzləşər.

Bu mətn Ayətullahul-Üzma Nasir Məkarim Şirazinin "İmam Əmirəlmömininin (ə) mesajı" kitabından götürülmüşdür.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031