Ayətullah Saafi Gülpayiqani haqqında
Mьəllif: Admin
Tarix: 1-02-2022, 10:18
Ayətullah Saafi Gülpayiqani haqqında
Ayətullah Əl Üzma Safi Gülpayqani 1919-cu ildə İranın İsfahan əyalətinin Gülpayqan bölgəsində dünyaya gəlib.

Atası, İslam alimi Ayətullah Axund Molla Məhəmməd Cavad Safi olub (1877-1958). O yazıçı, məktəb, İslam elmlərinin müxtəlif sahələrində; fiqh, kəlam, hədis elmi və s.-də tədris və araşdırmaları ilə tanınıb.

Anası Fatimə – şairə olub, onun da atası Ayətullah Axund Molla Məhəməd Əli olub. Lütfullah Safi Gülpayqani 1940-cı ilə qədər Gülpayqanda mərhum Axund Molla Əbdül Qasimin tələbəsi olaraq din təlimlərini oxuyub.

“Qütb” kimi tanınan müəlliminin yanında o kəlam, təfsir, hədis və fiqhdən dəsrs alıb. Daha sonra Nəcəf elmi hövzəsində təhsili davam etdirib.

1979-cu ildə İslam İnqilabı zamanı inqilaba dəstəyi ilə yadda qalıb. Hazırda Qumda yaşayır, mərkəzi ofisi oradadır və Qum Elmi Hövzəsində dərs deyirdi.

O böyük mərcəiyyət olmuş Ayətullah Bürucerdinin sağlığında belə “dərs xaric” – daha çox oxumuş tələbələrin imtahanından məsul idi.

Ərəb qrammatika qaydaları, İslam və İran tarixində geniş araşdırmalara sahib idi. Şeir və poeziyaya yaxınlığı ilə tanınan mərcəiyyətlərdəndir.

Şah dövründə onun bütün kitabları qadağan edilmiş siyahıya əlavə edilmişdi.
(Az.shafaqna.com)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031