Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic və həris adamla məşvərət etmə ki…
Mьəllif: Admin
Tarix: 28-12-2021, 13:43
Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic və həris adamla məşvərət etmə ki…
“Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər” [1]

İmam Əli (ə) məsləhət-məşvərət etmək haqda buyurmuşdur:

“Məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.” [2]

“Məşvərət kimi (möhkəm) dayaq yoxdur.”[3]

“Məşvərət etmək tövsiyə və təşviq olunmuşdur, Çünki məsləhət verənin rəyi (şəxsi qərəzlərdən) pak, məşvərət edənin nəzəri (şəxsi gərəzlər və mənfi istəklərlə) qarışmışdır.”[4]

“Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəcək.”[5]

Həzrət Məhəmməd (s) buyurmuşdur: “Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic adamla məşvərət etmə ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki, hərisliyi sənin nəzərində gözəl göstərər.” [6]

İmam Sadiq (ə) buyurmuşdur:

“Məşvərət onun dörd həddindən qeyri bir halda baş tutmaz: birinci hədd budur ki, məşvərət etdiyin ağıllı olsun, ikincisi azad və dindar olsun, üçüncüsü dost və qardaşcanlı olsun.

Dördüncü isə budur ki, öz şirrini ona deyəsən, o da özün bildiyin qədər həmin sirdən agah olsun və onu gizlətsin, heç kəsə deməsin.”[7]

“Məsləhət edənin haqqı budur ki, yol göstərməkçün bir fikrin varsa ona yol göstərəsən və bir məlumat olmasa da, bu sahədə məlumatı olanın yanına göndərəsən.” [8]

“Kim öz (din) qardaşı ilə məsləhətləşəndə həmin adam ona xalis niyyətlə yol göstərməsə, Allah onun düşüncəsini əlindən alar.” [9]


[1] Şura, ayə 38

[2] Nəhcül-Bəlağə, hikmət 211

[3] Nəhcül-Bəlağə, hikmət 54

[4] Ğurərul-Hikəm,hədis 3908

[5] Ğurərul-Hikəm,hədis 10351

[6] İləluş-Şəraye,səh. 559, hədis1

[7] Məkarimul-Əxlaq c.2, səh.98 , hədis2280

[8] əl-Xisal,səh. 590, hədis1

[9] əl-Məhasin, c.2, səh 438, hədis2521



(ahliman.info)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031