Həzrət Rəsulullah (s): "Allah müsəlmanın malını müsəlmana haram etmişdir"
Mьəllif: Admin
Tarix: 28-11-2021, 13:04
Həzrət Rəsulullah (s): "Allah müsəlmanın malını müsəlmana haram etmişdir"
Həzrət Muhəmməd Rəsulullah (s) buyurur:

“Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.”[1]

“Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.”[2]

“Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.”[3]

İmam Əli (ə) buyurur: “Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.“[4],[5]

İmam Sadiq (ə) haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından: “Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.”[6]

İmam Əli (ə): “Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.”[7]



[1] Mustədrəkul-Vəsail, c.17, səh.89, hədis20823

[2] Kənzul-Ummal,hədis 30366

[3] Kənzul-Ummal,hədis 30343

[4] Seyid Rəzi deyir: “Bu kəlam Peyğəmbərdən (s) də rəvayət olunmuşdur. Sözlərin bir-birinə oxşaması təəccüblü deyil. Çünki, hər ikisi eyni çeşmədən qaynaqlanır və bir mənbədən çıxır.»,

[5] Nəhcül-Bəlağə, hikmət 240.

[6] Vəsailuş-Şiə, c.17, səh.311, hədis 1

[7] Vəsailuş-Şiə, c.17, səh.309, hədis 4


(ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031