Zahid kişi və Allah yolunda cihad
Mьəllif: Admin
Tarix: 13-11-2021, 11:11
Zahid kişi və Allah yolunda cihad
Mövlana belə nəql edib: Zahid bir kişi vardı. Müxtəlif yaxşı və xeyir işlər görmüş, vacib əməllərini yerinə yetirmişdi. Təkcə cihad qalmışdı. Bir dəstə əsgərə dedi:

- Əgər kafirlərlə cihad olsa, mənə də xəbər verin.

Ona xəbər verdilər ki; sabah yola düşməyə hazır ol.

Bir gün çadır qurub əyləşmişdilər ki, düşmənin hücum etdiyi xəbəri gəldi. Hərbi hazırlığı olan şəxslər cəld atlara minib getdilər və döyüşdülər.

Bu zahid kişi zirehini, qılıncını tapana, bir az dua və zikr edənə qədər, döyüş bitib qurtardı. Bu tərpənənə qədər əsgərlər qayıtdılar. Soruşdu:

- Nə oldu? Dedilər:

- Getdik, öldürdük, itki verdik və qayıtdıq. Dedi:

- Əcəb! Bəs mən?! Dedilər:

- Heç nə, iş işdən keçdi.

Sonda kiminsə ona ürəyi yandı. Bir əsir tutmuşdular. Dedi:

- Bunu görürsən? Bu qəddar düşmənlərdəndir. Əsir düşənə qədər, bizim süvarilərin çoxunu öldürüb. İndi öldürülməlidir. Sən onu apar və boynunu vur.

Əsirin əlləri bağlı idi. Zahid kişi əsiri apardı ki, boynunu vursun. Çox çəkdi və gəlmədi. Kişinin arxasınca getdilər. Gördülər ki, zahid yıxılıb və əsir də əlləri bağlı vəziyyətdə onun üstünə yıxılıb.

Əsir zahidin boğazını gəmirir və şah damarını qoparmağa az qalıb. Əsiri öldürdülər. Zahidi xeyməyə gətirdilər. Üzünə su vurdular və huşu yerinə gəldi. Ondan hadisəni soruşdular. Dedi:

- Buradan getdikdən sonra, birdən üzümə baxdı və bir pıqq elədi. Daha nə olduğunu başa düşmədim.

Gecə xəlvət ibadətilə şücaət qazanmaq mümkün deyil, necə ki, gecə ibadətinin təsirlərini də müharibə meydanında kəsb etmək olmaz.

“Şəhid Mütəhhərinin əsərlərinin toplusu”, c. 22, s. 843.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930