Gecənin əhəmiyyəti barəsində hədis və Quran ayələri
Mьəllif: Admin
Tarix: 8-11-2021, 10:40
Gecənin əhəmiyyəti barəsində hədis və Quran ayələri
Gecənin əhəmiyyəti, İlahi hərəkat və ondakı mənəvi sehr, məbudunun səsini ilə eşidən heç bir dərdli aşiqə gizli deyildir. Gecənin qəribə, qeyri-adi rəmz və sirrləri vardır.

Hətta qaranlıq və saki olsada. Amma qəlbi təmiz olanlar üçün məxsusi nuraniyyəti vardır. İlahi bərəkətlərdən çoxlu gecə nazil olmuşdur. Allah Təala Quranı gecə nazil etmiş, Peyğəmbərlərini (s) gecə vaxtı meyraca aparmışdır.

“Münəzzəh olan Allah bəndəsini gecə vaxtı apardı.” (İsra 1)

Həzrət Musanın (ə) Allah nəzərində ziyafət və qonaqlığı gecə vaxtı həyata keçmişdir.

“Musa ilə otuz gecə vədə etdik“. (Əraf 142)

Allaha tərəf gedən şəxs yalnız gecə vaxtı kəsb etdiyi nurun vaistəsi ilə Allahın görüşünə gedib yetişə bilər.

Leyl (gecə) kəlməsi və onnan ayrılanlar, o cümlədən: leylən, leylə, leyləha, ləyal, ləyalı və s. Qurani Kərimdə təqribən 90 dəfə gəlmişdir. Bu da Quranın gecə haqqında, onun əhəmiyyəti barəsində danışdığına nişanədir.[1]

İmam Həsən Əskəri (ə) buyurur:

“Allaha yetişmək bir səfərdir ki, yalnız gecənin mərkəbi (miniyi) ilə yol getmək və məqsədə çatmaq olar“.[2]

Gündüzün miniyi ilə bu ağır səfəri getmək olmaz. O minik ki, həm güclüdür, həm də qaranlıq və tənhalıqdan yolu daha yaxşı gedir, həmin səhər tezdən yuxudan durmaq və gecə oyaq qalmaqdır.


[1]Buye eşq dər fərhənqe şəb zendedari, s. 67

[2]Biharul Ənvar Məclisi, c. 78, s. 379



(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930