Gecə namazının faydaları
Mьəllif: Admin
Tarix: 8-11-2021, 10:24
Gecə namazının faydaları
İmam Sadiq (ə) buyurur: “Bəndənin əncam verdiyi hər bir yaxşı iş üçün Quranda bir mükafat var.

Ancaq gecə namazı Allah yaninda daha böyük mükafata laiq oldugu üçün onu bəyan etməmişdir. Gecə namazının bu faydaları vardır:

1. Allahın razılığına səbəb olar.

2. Mələklərin dostluğuna səbəb olar.

3. Peygəmbərin sünnətidir.

4. Mərifətə nur və bəsirət verər.

5. İmanın köküdur.

6. Bədənlərin asayişinə, rahatlığına səbəbdir.

7. Şeytanin xoşuna gəlməyəndir.

8. Möminin düşmən qarşısın silahıdır.

9. Duanın müstəcəb olmasına səbəb olar.

10. Əməllərin qəbul olunmasına səbəb olar.

11. Ruzidə bərəkətə bais olar.

12. Sahibi ilə ölüm mələyi arasında şəfaətçidir.

13. Qəbrin çırağıdır.

14. Altının fərşidir.

15. Nəkir və Münkərə cavabdır.

16. Qiyamət gününə kimi qəbrində onun munisi və ziyarətçisidir.

17. Qiyamət günü üstündə bir kölgə, başında bir tac və bədənində libasdır

18. Qiyamət günü önündə hərəkət edən bir nurdur.

19. Onunla od arasında bir hicabdır.

20. Onunla Allah Təala arasında bir dəlildir.

21. Əməl tərəzisini ağır edər.

22. Sirat körpüsünü keçmək üçün bir sənəddir.

23. Behiştin qapısının açarıdır.”

[1]Bihar. c. 87, s. 140


(ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031