İmam Əli (ə): "Dünya bir leşdir, onu itlər istəyər"
Mьəllif: Admin
Tarix: 25-10-2021, 09:41
İmam Əli (ə): "Dünya bir leşdir, onu itlər istəyər"
Həzrət Əli (ə) buyurur: “Dünya bir leşdir, onu itlər istəyər”.[1]

Əgər kimsə bu leşdən yemək istəsə, itlərin həmləsinə də dözməlidir. Başqa bir yerdə Həzrət Əli (ə) buyurur: “Ey dünya, ey dünya, məndən gözünü çək! Özünü mənə təqdim edir, göstərirsən? Yoxsa mənə meyl salıb məni istəyirsən?

Yaxınlaşmasın sənin vaxtın! Sənin arzun nə qədər də uzaqdır! Başqasını aldat ki, mənim sənə ehtiyacım yoxdur. Sənin təlağını üç dəfə vermişəm ki, ondan qayıdış yoxdur”.[2]

Həzrət yemək, içmək və yatmağı, əkin-biçini, ədalət əsnasında müsəlmanların işini idarə etməyi nəzərdə tutmurdu. O, məqampərəstlik, haramçılıq, təcavüz və bu kimi işlərə üç dəfə təlaq vermişdir.

Cəməl döyüşündə Təlhə və Zübeyr Bəsrəni öz xam xəyalları ilə fəth etdikdə ilk olaraq beytul-malın qapısını açdılar. Gözləri qızıl və gümüş sikkə təpələrini gördükdə dedilər ki, məqsədimizə çatıb qələbə çalmışıq.

Sonra Həzrət Əlinin (ə) qoşunu hücum edib yenidən Bəsrəni geri qaytardılar. Həzrət həmin qızıl-gümüş təpələrinin qarşısında durub dedi: “Ey qızıl-gümüş, ey sarı və ağ pullar, məni aldada bilməzsiniz. Çünki mən dünyayaüç dəfə təlaq vermişəm, o ki qala sizə…”[3]

Həzrətin məqsədi hakimiyyət deyildi. O, bu hakimiyyəti qorumağa çalışırdı. Haqq və ədaləti bərqarar etmək üçün olan xilafət dünya deyil. Quran buyurur:

“Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar “.[4]

Çünki yalnız dünya fikirindədirlər. Həzrətin dövründəki beytul-mala məmur şəxs bir dəfə Həzrətə dedi: “Bir şəxs sizə ehtiyacı olduğunu və borclu olduğunu deyərək bir şey istədikdə, siz dediniz ki ona min vahid verim. Amma demədiniz ki, min vahid qızıl verim, yoxsa gümüş?”

Həzrət buyurdu: “Hər ikisi mənim nəzərimdə daşdır (biri sarıdır, biri ağ) Onun çətinliyini hansı həll edəcəksə, ondan verin”.[5]

Həzrət Əli (ə) “Nəhcül-Bəlağə”də qardaşı Əqil ondan bir şey istədikdə, ibrət alsın deyə, onun bədəninə yanar dəmir yaxınlaşdırması əhvalatını nəql edəndən sonra buyurur: Əqlin əhvalatından daha təəccüblüsü bir şəxsin[6] axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir.

Ona dedim: “Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz Əhli-beytə haramdır”.

Dedi: “Zəkat və sədəqə deyil, hədiyyədir”.

(Bu hədiyyəni görməkdən məqsədi batil olduğu və əslində onun hədiyyə adlandırdığı şey rüşvət olduğu üçün) Dedim: “Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Məni bu yolla aldatmaq istədiyini) dərk edib anlamırsan, dəlisən, yoxsa boş-boş danışırsan?

Allaha and olsun, əgər yeddi iqlim onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, etmərəm”.[7]

Həzrət bu bəyanında dünyanın batinindən bir qismini bizə göstərir ki, dünyanın batini elə bir xəmirdir ki, ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmışdır.

Onun müqabilində ibadətin batini vardır; bağ-bağca, Cənnət və Nəim… Əgər pərdələri kənara çəkə bilsəydik, onun arxasında nə olduğunu başa düşərdik. Bizə deyilib ki, dərs, bəhs və mədrəsə ilə bu dünyanın pərdə arxasını görməyimiz lazımdır deyil.

Əgər özünüzü hazırlasanız, ilahi nəsim pərdəni kənara çəkər və siz də sirləri görərsiniz. Heyif deyilmi insan ölsün, amm sirlərdən xəbərdar olmasın?

O sirləri müşahidə etmək vəsf edilməyəcək qədər ləzzətli və xoşdur. İnsan təbiət aləminin pərdəarxasını gördükdə daha heç nə ona mane olmaz, təhdid və tamah onu hədəfindən yaındırmaz. Nə bir şeyə qəlbən bağlanar, nə də bir hədəfindən yayındırmaz. Nə bir şeyə qəlbən bağlanar, nə də bir şeydən qorxar.

[1] «Bihar» cild 87, səh. 289.

[2] «Nəhcül-Bəlağə» hikmət 74.

[3] «Əl-ğarat» cild 1, səh. 54; «Bihar» cild 40, səh. 333.

[4] «Mülk» surəsi, ayə 20.

[5] «Bihar» cild 41, səh. 32.

[6] Münafiq, ikiüzlü və İmam (ə) düşmənlərindən olan və o Həzrətin də düşmən bildiyi Əşəs ibn Qeys nəzərdə tutulur.

[7] «Nəhcül-Bəlağə» xütbə 224.



www.ahliman.info
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031