Əhli-Beytə (ə) kiçik ehtiramın böyük mükafatı
Mьəllif: Admin
Tarix: 21-10-2021, 17:58
Əhli-Beytə (ə) kiçik ehtiramın böyük mükafatı
Əhli-Beyt (ə) davamçılarından birinə bir xan sillə ilə vurur və yerə yıxır. Məzlum deyir: “Mənim sənə gücüm çatmır, ancaq bizim Əmirəl-möminin (ə) adlı bir mövlamız vardır. Ona şikayət edəcəyəm. O, mənim intiqamımı səndən alacaqdır”.

Zalım xan ona belə cavab verir: “Elə indi get. Elə bilirsən ki, qorxuram? O, dörd yüz ildir ki, dünyadan getmişdir. Məndən necə intiqam alacaqsan?”.

Bu qəlbi saf və pak Əhli-Beyt (ə) davamçısı Əmirəl-möminin (ə) hərəmində üç gecə dua edir və deyir: “Mənim intiqamımı almayınca hərəmdən getməyəcəyəm”. Sonra da ağlayır.

Həmin xan Kufə şəhərinin ətrafında yaşayırdı. Üç gün keçir, Əhli-Beyt (ə) davamçısı görür ki, duası qəbul olmur. Həmin zalım xanın sözü yerinə yetirdi.

O zalıma heç nə olmurdu. Zirehin yanında ağlayır və yuxu onu aparır. Görür ki, Əmirəl-möminin (ə) hüzurundadır və Həzrət (ə) buyurur: “Allah Təala bizə hər bir iş görmək üçün qüdrət vermişdir. Ancaq mən bu zalım xana zərbəmi bu dünyada vurmayacağam. Çünki onun mənim boynumda kiçik haqqı vardır.

O, məndən tələbkardır. Tələb edənin tələbini də vermək lazımdır. Həmin xan bir gün Nəcəfin ətrafındakı xurmalıqdan keçirdi. Gözü günbəzimə düşür. Əlini sinəsinə qoyub deyir: “Əssəlamu, ya Əli ibni Əbi Talib”. Yaxşı bir iş görür və muzdu də budur ki, onu bağışlayasan”.

Oyanır. Cavabını aldığı üçün hərəmdən çıxır.

Xan ata minirdi. Onu görcək, deyir: “Nə oldu? Şikayət etdin? Əli (ə) məni vura bildimi?".

Həmin Əhli-Beyt (ə) davamçısı cavab verir: “Mən getdim və şikayət etdim. Həzrət Əli (ə) buyurdu: “Mən bu şəxsi ona görə vurmuram ki, boynumda haqqı vardır. O da budur ki, bir gün xurmalığın yanından keçirdi və mənim günbəzimi görəndə mənə ehtiram etdi”.

Xan atdan yerə düşür. Torpağın üstündə oturur və deyir: “Hara gedirsən? Mən ağlamaq istəyirəm!. Əlimdən tut və Əmirəl-möminin (ə) hərəminə apar. Mən Əhli-Beyt (ə) davamçısı olmaq istəyirəm!”.

Bəli, budur bir yaxşılığın nəticəsi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930