Böyük arifi tora salmaq istəyənlər necə tövbə etdilər
Mьəllif: Admin
Tarix: 18-10-2021, 22:02
Böyük arifi tora salmaq istəyənlər necə tövbə etdilər
Əllamə Muhəmmədtəqi Məclisi əmr-be-məruf və nəhy-əz-minkər məsələlərində həmişə fəallıq göstərirdi. O, elə bir yerdə yaşayırdı ki, məhəllələri quldur və əxlaqsız insanlarla dolu idi. Onlar qumar oynayır, şərab içir, əxlaqsız məclislər təşkil edirdilər. Bəzən onlara rast gələndə onları əmr-be-məruf və nəhy-əz munkər edirdi. Onları günahı tərk etməyə və ibadətə dəvət edirdi.

Quldurların rəhbəri Məclisidən çox narahat olur. Ondan yaxa qurtarmağın yollarını axtarırdı. O, saf qəlbi olan və məscidə ibadətə gedən müsəlmanlardan birinə deyir: “Cümə günü arvad-uşağını başqa yerə göndər və yemək bişirtdir. Məclisini də oraya dəvət et, bütün bunları heç kimə demə və heç kimi də dəvət etmə. Əks halda öləcəksən”.

Məclisi də bu insanı tanıdığı və saf qəlbə malik olduğunu bilib, dəvətini qəbul edir. Quldarlar belə qərara alırlar ki, gecəni həmin müsəlmanın evinə yığışsınlar və oraya rəqqasə dəvət etsinlər. Rəqqasə oynayan zaman isə quldurlardan biri qonşuda yaşayan möminlərə xəbər etsin və Məclisinin abrı getsin.

Bəli, quldurların planı belə idi. Onlar bu yolla Məclisidən xilas olmaq istəyirdilər. Məclisi bu evə gələndə evin sahibini görmür. Onun əvəzində bu evə quldurların toplaşdığını görür. Məclisi də onların yanında əyləşir. Rəqqasə gəlir və oynamağa başlayır. Sonra da əlinə qavalı alıb oxumağa başlayır.

Məclisi Haqqın yolçusu, arif bir insan idi, Allaha üzünü tutub, dua edir: “Bilirəm ki, Sən bunları qəbul etmirsən, ancaq bu vəziyyəti dəyişdir”.

Qəflətən rəqqasə saçlarını və üzünü bağlamağa başlayır, qavalını yerə qoyub, səcdəyə gedir. Nalə çəkib, tövbə edir. Qudurlar bu mənzərədən heyrətə düşürlər. Bu mənzərənin təsirindən ağlamağa başlayırlar.

Bu alimin vasitəsilə tövbə edib, günahlarını tərk edirlər.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930