Yaxşılığın haqqı nədir?
Mьəllif: Admin
Tarix: 17-10-2021, 21:14
Yaxşılığın haqqı nədir?
İmam Səccad (ə) buyurur: “Sənə yaxşılıq edən kəsin haqqı odur ki, ona təşəkkür edəsən, yaxşılığını dilinə gətirəsən və onu yaxşı sözlərlə yada salasan. Özünlə Allah arasında, onun üçün xaliscəsinə dua edəsən”.

Məlum olur ki, yaxşılıq edən insana xas olan haqlar var. Belə ki, yaxşılığın edildiyi şəxs, bir sıra zahiri və gizli mövzuları yerinə yetirməlidir.

Zahiri məsələlərə təşəkkür, yaxşılığın iqrarı, onun yaxşı sözlərlə yada salmaq aiddirsə, gizli mövzulara – yaxşılıq edən barədə Allaha dua etməkdir.

Yaxşılıq edənin haqqından danışarkən, Uca Allahın Öz üzərinə götürdüyü bəzi haqlara işarə etmək də yerinə düşərdi.

Belə ki, “Merac” hədisində nəql olunur: «Ey Muhəmməd (s)! Mənə görə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var.

Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə görə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var.

Mənə təvəkkül edənlərin Mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar üçün bir nişanə ucaltsam, bir nişanə də endirərəm».

Məlum olur ki, Allaha görə insanları sevən, mehriban olan, əlaqə yaradanların Allahın məhəbbətinə haqları var. Eləcə də, Allah Təalaya təvəkkül edənlərin Allahın məhəbbətinə haqları var.

Uca Allah bizləri bu xüsusiyyətlərə layiq olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930