Çətinliyə düşərkən Allaha belə müraciət et
Mьəllif: Admin
Tarix: 17-10-2021, 12:05
Çətinliyə düşərkən Allaha belə müraciət et
Səbrin ilk mərhələsi şövqdür. Səbrin meyvəsi və mənfəəti vardır. O kəs ki, iman fəzasında behiştin müştaqıdır, gərək yersiz istəklərindən əl çəksin. O kəs ki, behiştin müştaqıdır, gərək qeyri-məntiqi istəklərindən uzaq olsun.

Bir nəfər İmam Sadiqin (ə) evinə gəlir və deyir: “Ya Rəsullahın (s) oğlu! Mənim bir çətinliyim vardır, mənə yol göstər”.

Həzrət (ə) buyurur: “Sənin çətinliyin nədir?“

Ərz edir: “Ya Rəsullahın (s) oğlu! Divar qonşumun gözəl bir kənizi vardır, mən də şorgöz deyiləm. Gözlənilmədən gözüm bu kənizə düşdü və ona aşiq oldum. Mənim təklifim nədir?”.

O zaman qul mövzusunu yığışdırmışdılar. Ancaq müharibələrdə tutulan əsirləri ya xidmətçi, ya da kəniz edirdilər. Onları satırdılar və kənizi alan adama həmin kəniz məhrəm olurdu.

İmam Sadiq (ə) buyurur: “Çətinliyini Allaha de. Bundan sonra Allaha belə dua et: “Allahım! Mən Sənin ehsanının dilənçisiyəm. Çətinliyə düşmüşəm. Bu çətinliyim çiynimə çox ağırlıq edir. Mənim bu boşluğumu ehsanınla doldur”".

Bəli, o kəs ki, həqiqətən behiştin müştaqıdır, gərək ağlasığımayan istəklərindən əl çəksin. Əgər əl çəkə bilərsə, behiştə gedər, çünki bunlar behişt yolunun maneələridir. Namazda, yatanda, oyaq olanda bu diləklərimizi yaşadaq.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930