İnsanda yəqin hissinin olmasının hansı nişanələri var?
Mьəllif: Admin
Tarix: 8-10-2021, 21:39
İnsanda yəqin hissinin olmasının hansı nişanələri var?
Yəqin – insanın hansısa əqidədə sabit və qəti olmasına deyilir. Bu zaman heç bir şəkk və şübhə insan zehnində yer almaz. Yəni, elə bir güclü idrak qüvvəsidir ki, zəifləməz və aradan getməz.

O zaman ki, insan tövhid mövzusunda yəqinə çatar – Allahdan qeyrisinə diqqət etməz və bütün hər şeyin hakimini Allah bilər.

Həzrət Peyğəmbər (s) buyurur: “Cəbayildən (ə) soruşdum ki, yəqinin təfsiri nədir?”.

Dedi: “Mömin Allah üçün elə əməl edər ki, sanki Onu görür və əgər o, Allahı görmürsə, Allah ki, onu görür””.

Bəs yəqinin nişanələri hansılardır?

Həzrət Peyğəmbər (s) buyurur: “Yəqin sahibi olan kəsin əlaməti 6 şeydir:

1. Həqiqət üzündən Allaha yəqin edər, ona görə Ona iman gətirər.

2. Yəqin edər ki, ölüm haqdır və ondan qorxar.

3. Yəqin edər ki, Qiyamət haqdır və rüsvay olmaqdan qorxar.

4. Yəqin edər ki, behişt haqdır və özünü hesaba çəkər və onun məftunu olar.

5. Yəqin edər ki, cəhənnəm haqdır və ondan nicat tapmaq üçün səyini zahir edər.

6. Yəqin edər ki, hesab haqdır və özünü hesaba çəkər”.

Allah Təala bizləri yəqin əhlindən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031