Saur mağarasında nazil olan ayə
Mьəllif: Admin
Tarix: 25-09-2022, 10:09
Saur mağarasında nazil olan ayə
O zaman ki, Həzrət Peyğəmbər (s) Mədinə yolunda idi,

Qureyşin təqiblərindən amanda qalmaq üçün Saur mağarasına pənah gətirir. Uca Allah bu mağarada Həzrətə (s) Qurani-Kərimin bu ayəsini nazil edir:

“Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman, Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir).

Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı.

Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir”. (“Tövbə” 40).

Bu ayədə ibrətli məqamlar çoxdur ki, onlara işarə edək:

1. Bu ayə Həzrətə (s) həmin mağarada nazil olaraq bildirir ki, əslində heç bir ictimai və hərbi qüvvəyə xatircəmliklə söykənmək olmaz. Bəlkə insanın söykənə biləcəyi tək dayaq – Allah və İlahi yardımdır.

2. Həzrət Peyğəmbər (s) öz vətənini kafirlərin zülmünə görə tərk etmişdi, öz istəyinə və rahatlığına görə deyil.

3. Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət niyyətilə Məkkəni tərk edir ki, bu da İslam dininin izzətini artırır.

4. İzzət və böyüklük Allaha aiddir. Allah Təala kafirlərin fitnələrini aradan apararaq, bir daha izzət sahibi olduğunu sübut etdi. Ona görə də hər cür qələbə ancaq izzət sahibi olan Allaha aiddir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031