Riza məqamı nədir?
Mьəllif: Admin
Tarix: 1-10-2021, 11:59
Riza məqamı nədir?
“Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir.

Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72).

Riza – əxlaqın ən yüksək məqamıdır. İmam Səccad (ə) onun haqqında buyurur ki, zahidliyin dörd dərəcəsi vardır: ən aşağı dərəcəsi – mütilik və təqvadır.

Mütiliyin ən yüksək dərəcəsi isə yəqinin ən aşağı dərəcəsidir. Yəqinliyin ən yüksək dərəcəsi – rizanın ən aşağı dərəcəsidir.

Zahidlik, mütilik, yəqin, riza bir-birinin yanında qərar tutublar. Rizanın ən aşağı dərəcəsi başqa mərhələlərdən ən yüksək olanıdır.

Riza, təslimə nisbətdə də yüksəkdə qərar tutur. Təslim – əslində bəla qarşısında səbir etməkdir. Ancaq riza – bəlanı nemət bilməkdir. Təslim əslində Allahın kəndirinə çəng vurmaqdır.

«Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar». (“Loğman” 22).

Riza, ibadətin bir növü hesab olunur. Belə ki, təslim o zaman layiqlidir ki, rizanı yerinə yetirmək mümkünsüz olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha, Onun təqdirlərindən razı halda ibadət et və əgər bunu bacarmırsansa, pis bildiyin şeydə ki, çoxlu xeyir gizlənmişdir (bəlada) səbir et”.

Hər bir halda riza – əxlaqın ən yüksək fəzilətlərindəndir. İmam Sadiq (ə) Həzrət Peyğəmbər (s) haqqında nəql edir: “Allahın Rəsulu (s) heç bir zaman başına gələnlərə görə deməzdi: “Əgər başqa cür olsaydı, yaxşı olardı””.

Budur, həqiqi riza məqamı.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031