Salavat göndərməyin zəruriliyi. Salavatın misilsiz faydaları
Mьəllif: Admin
Tarix: 10-09-2021, 22:40
Salavat göndərməyin zəruriliyi. Salavatın misilsiz faydaları
Salavat o zikrdir ki, Peyğəmbərə (s) və onun pak Əhli-Beytinə (ə) salam göndərirsən.

Bəs salavat göndərmək nə üçün möminlər üçün zəruridir?

1. Allahın əmridir. Peyğəmbərə (s) salavat göndərmək – Allahın möminlərinə verdiyi əmrdir. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).

2. Dostluğu isbat etmək. Həzrət Peyğəmbər (s) və onun pak nəsli ilə dostluq etmək və onları sevmək – Allah tərəfindən müsəlmanlara vacib buyurulmuşdur. “Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm”. (“Şura” 23).

3. Atalıq haqqına əda etmək. Ataların övladları üzərində bəzi haqları vardır. Dünya və axirətdə olan zaman övladlarının onlara yaxşılıq etməsi və onlar haqqında xeyir dualar etməsi kimi. Ona görə də nə zaman övlad ata və anası üçün dua edərsə, onun haqqının birini yerinə yetirmiş olar. Peyğəmbər (s) buyurur: “Ən üstün ata və analar və onların ən layiqlisi – Muhəmməd (s) və Əliyə (ə) təşəkkür edənləridir”.

4. İlahi əhdə vəfa etmək. İmam Sadiq (ə) buyurur: “Hər kim Peyğəmbərə (s) salavat göndərər – mənası budur ki, mən əhdimə vəfa etmişəm və Allahın buyurduğunu qəbul etdiyimə vəfadaram. Allah buyurmuşdu: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: “Bəli””. (“Əraf” 172) .

Salavatın faydaları nədir?

1. Günahları aradan aparar. Salavatın ən mühüm faydalarından biri budur ki, günahları aradan aparar. İmam Əli (ə) bu haqda buyurur: “Peyğəmbərə (s) salavat göndərmək – günahları məhv edəndir. Peyğəmbərə (s) salam vermək Allah yolunda bir neçə qulu azad etməkdən üstündür”.

2. Duanın yerinə yetməsi. Salavatın başqa faydası budur ki, duaların yerinə yetməsinə yardım edər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz Allahın razılığına səbəb olar və bədənlərinizin zəkatıdır”. Hər kim dua edən zaman duasının əvvəlində və axırında salavat deyərsə, duası qəbul olar.

3. Qiyamət günü tərəzinin həsənə gözü ağır olar. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü əməl tərəzisində Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərməkdən ağır bir şey yoxdur”.

4. Behişt əhli. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) mənim yanıma gəldi və dedi: Heç kəs sənə salavat göndərməz, məgər o halda ki, 70 min mələk ona salavat göndərər. Bu insan behişt əhlindən olar”.

5. Ruzini artırar. Ənsardan olan bir kişi Peyğəmbərin (s) yanına gəlir və ruzisinin az olmasından şikayət edir. Həzrət Peyğəmbər (s) ona buyurur: “Nə zaman evinə daxil olsan, əgər orada kimsə olarsa ona salam ver. Əgər olmazsa mənə salavat göndər və bir dəfə “Tövhid”i (“İxlas” surəsini) oxu”.

6. İmam Zaman ağanın (ə.f) dostlarından olar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman cümə gününün zöhründən sonra yeddi dəfə desəniz: “Allahım! Muhəmməd (s) və Ali Muhəmmədə (ə) salavat göndər və Ali-Muhəmmədin (ə) fərəcini təcil et!”, Qaimin (ə.f) dostlarından olarsınız”.

7. Bərzəx aləmi. Salavatı davamlı olaraq demək bərzəx aləmindəki qəbir əzabını uzaqlaşdırar. Günahın zülmətini aradan aparar. Bütün qəbiristan əhlindən əzabı uzaqlaşdırar. Salavatın savabı günahdan daha ağırdır.

8. Məclisin zinətidir. Həzrət Peyğəmbər (s) buyurur: “Məclislərinizi Muhəmmədə (s) salavat göndərərək zinətləndirin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031