Fasiqlər kimlərdir?
Mьəllif: Admin
Tarix: 2-09-2021, 23:12
Fasiqlər kimlərdir?
Qurani-Kərim fasiq insanlarla əhd bağlamağı yer üzərində edilən fəsad hesab edir. Çünki fasiq insanlar Allahla bağladıqları əhdi unudub, insanlara ziyan vurmaqla məşğuldurlar. Belə insanlarla necə əhd bağlamaq olar ki?! Onlara necə etimad etmək olar ki?!

Əhdə vəfa etmək – dinimizin buyurduğu vacib əməllərdəndir ki, cəmiyyətdə etimadı artırar və insanları bir-birinə yaxınlaşdırar. Dinimiz buyurur ki, mömin – fərqi yoxdur, istər iqtisadi, istər siyasi, istər ailə içində – əgər söz verərsə, ona əməl etməsi zəruri mövzulardan olar.

“Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar)”. (“İsra” 34).

Əbu Malik nəql edir ki, İmam Səccada (ə) dedim ki, məni dinin bütün qanunlarından xəbərdar etsin. Həzrət (ə) buyurdu: “Haqqı demək, ədalətli hökumət etmək, əhdə vəfa etmək – hamısı dinin qanunlarındandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əhdinə vəfa etməz – onun dini olmaz”.

Bəs fasiqlər kimlərdir?

“Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən – ağcaqanad olsun, ondan böyüyü, ya balacası – utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu, onların Rəbbi tərəfindən olan bir həqiqətdir.

Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir.

(Allah) onunla ancaq fasiqləri azdırır. Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 26-27).

Uca Allah buyurur ki, fasiqlərin əhdinə əhəmiyyət verməyin. Çünki onlar Allahla bağladıqları əhdə vəfa etmirlər, sizinlə bağladıqları əhdə vəfa etməklərini gözləyirsinizsə, yanılırsınız. Hər kim əhdinə vəfa etməz – fasiq olar. Fasiqlər isə yer üzərində fəsad edən insanlardırlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031