Ona rüşvət vermək istəyənə, İmam Əli (ə) nə buyurdu?
Mьəllif: Admin
Tarix: 7-08-2021, 10:32
Ona rüşvət vermək istəyənə, İmam Əli (ə) nə buyurdu?
O zaman ki, Əşəs ibni Qeys İmam Əliyə (ə) rüşvət təklif etməyə cürət edir, əziz İmam (ə) ona buyurur: “Uşaqları ölmüş qadınlar sənin üçün ağlasınlar! Allah dini yolu ilə gəlmisən?!

Bu yolla məni aldatmaq istəyirsən? Düşüncəni əldən vermisən?! Ya səni cin vurubdur, ya da xəstəlik nəticəsində sayıqlıyırsan?!

Allaha and olsun ki, əgər yer üzərində olan yeddi iqlim mənə verilərsə ki, qarışqanın ağzından arpa qabığını almaqla Allaha itaətsizlik edim – heç bir zaman etmərəm.

Sizin dünya mənim üçün çəyitkənin çeynədiyi ağac yarpağından daha alçaq və dəyərsizdir. Əliyə dünyanın fani nemətləri və davamsız ləzzətləri nəyə lazımdır?

Allaha pənah aparıram yuxuya gedən ağıllardan, çirkin büdrəmələrdən! Bu yolda Ondan yardım istəyirəm”.

Bu hədis bizə rüşvətin nə qədər çirkin və dəyərsiz bir əməl olduğunu bir daha xatırladır və ondan çəkinməyimiz üçün bizə xəbərdarlıqlar edir.

İmam (ə) buyurur ki, dünya onun nəzərində çəyirtkənin çeynədiyi ağac yarpağından da dəyərsizdir. Ona görə də bu dəyərsiz dünyanı axirətə nə üçün satmalıdır ki?!

Nə üçün fani dünyanı əbədi həyatdan üstün tutmalıdır? Bu, ancaq qafillərin işidir. Dünya – qafillər üçün nemət, aqillər üçün imtahan yeridir.

Başqa bir hədisdə oxuyuruq ki, İmam Əlinin (ə) xalis davamçılarından olan Darmiyə adlı bir imanlı xanımı Müaviyə (lən) görən zaman, ondan soruşur ki, Əlini (ə) necə gördün?

Həmin qadın cavab verir: “Onu elə halda gördüm ki, səni aldadan bu hökumət, onu aldatmamışdır. Səni məşğul edən bu dünya nemətləri, onu məşğul etməmişdir”.

Allahım! Bizləri Həzrət Əlinin (ə) həqiqi davamçılarından qərar ver!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031