Həzrət İbrahim (ə) 13 yaşınadək mağarada sığınacaq tapmışdı
Mьəllif: Admin
Tarix: 6-08-2021, 22:24
Həzrət İbrahim (ə) 13 yaşınadək mağarada sığınacaq tapmışdı
Həzrət İbrahimin (ə) dünyaya gəlişinə az qalmışdı. Anası nə edəcəyini bilmirdi. O zaman belə bir qanun vardı ki, xüsusi günlərdə qadınlara şəhərdən çıxmağa icazə verilərdi. İbrahimin də anası qərara alır ki, bu qanundan istifadə etsin və dağda özünə mağara tapsın.

Elə də edir. Şəhərdən gizlincə çıxır və bir mağaraya pənah aparır və orada İbrahimi dünyaya gətirir. Ancaq onu şəhərə aparıb-aparmamağı ilə bağlı tərədüd edir.

Qərara alır ki, körpəsini mağarada qoysun və arada gəlib ona süd versin. Heyvanlardan qorumaq üçün isə mağaranın ağzını daşla bağlayır.

İki gündən bir gəlir və körpəsinə süd verirdi. Hər dəfə gələndə isə görürdü ki, körpə baş barmağını ağzına salmışdır və ondan süd tökülür və o, da həmin südü içir.

Bu minvalla 13 il keçir və İbrahim 13 il mağarada qalır. Bəzən mağaradan bayıra çıxar və təbiətin gözəlliklərini müşahidə edərdi.

Ancaq qaranlıq mağarada həbs olunmuş halda qalmışdı. O, Allaha ümid edir və bu mağaradan xilas olacağı günü səbirsizliklə gözləyirdi.

13 yaşının olmasına baxmayaraq, İbrahimin (ə) boyu uca və qaməti güclü idi. Ona 20 yaş vermək olardı. Çox agah və ayıq fikirlərə malik idi.

Bir gün anası onu görməyə gəlir və getmək istəyən zaman İbrahim (ə) anasının ətəyindən tutur və deyir: “Məni də özünlə apar və mağarada qalmağım kifayətdir. İndi insanlarla yaşamaq istəyirəm”.

Anası övladının istəyini başa düşürdü, ancaq onu şəhərə necə aparacağı fikri onu dəhşətə gətirirdi. Anası onu fikrindən daşındırmağa çalışır, ancaq İbrahim (ə) öz istəyində təkid edir.

Anası ona deyir ki, mən gərək gedib şəhər böyükləri ilə bu məsələni məsləhət edim və sonra sənin dalınca gəlim.

Anası gedəndən sonra İbrahim (ə) mağaradan çıxır və günəşin batmasını gözləyir. Bu zaman dağı gəzməyə başlayır və Allahın yaratdıqları onu heyrətə gətirir.

O, bu nişanələri görərək, Allaha şükür edir və Allaha olan etiqadı daha da möhkəmlənir.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031