Bu halda insan hətta etmədiyi əməlin savabını ala bilir
Mьəllif: Admin
Tarix: 6-08-2021, 10:26
Bu halda insan hətta etmədiyi əməlin savabını ala bilir
Müqəddəs Quran buyurur ki, hər kəsin əməli niyyətinə əsasən olar. O kəslər ki, niyyətlərinə əsasən yaşayarlar, iki dəstəyə bölünərlər: biri zati niyyətə malik olanlardır ki, hər kəs yaranandan bəri bu cür niyyətə malikdir. Onun xüsusi qiyafəsi vardır.

O biri isə batini niyyətdir. Yəni, insan onu özü yaradar. İnsan Qiyamət günü həmin batini niyyəti ilə məhşur olar. Çünki əməlləri ona əsasən olar.

Niyyət insanı bəzi şeylərə adət etdirər. O insan ki, gecə namazı qılmağa adət etmişdir, namazın vaxtı çatmamış yuxudan ayılar. Əslində batini niyyəti onu oyadar.

O kəsin ki, niyyəti xeyir olar – adəti də o cür olar. Hər kəsin niyyəti Allah olar, özündən asılı olmadan yaxşı işlərə adət edər. Necə ki, Əllamə Təbatəbai özündən asılı olmadan davamlı olaraq zikr deyərdi.

İmam Baqir (ə) buyurur: “İnsanlar Qiyamət günü niyyətləri ilə məhşur olarlar”.

İmam Sadiq (ə) davamlı olaraq cəhənnəm atəşində olanlar haqqında buyurur ki, onlar dünyada günah etmiş və niyyətləri də belə olmuşdur ki, hər nə qədər sağ qalsalar, yenə də günah edəcəklər.

Behişt əhli də o cürdür, amma əksinə – hər nə qədər sağ qalsalar, yenə də savab iş görəcəklər.

İmam Sadiq (ə) buyurur: “Bəndə yatmamış niyyət edər ki, Allahım, bu gecə namaz qılmaq istəyirəm. O kəs ki, həmişə gecə namazı qılar, bir gecə ola bilsin ki, yuxu onu aparsın və gecə namazı qıla bilməsin. Həmin niyyəti onu oyadar.

Ancaq bəzən elə olur ki, insan o qədər yorğun olur ki, yuxusu gözlərinə qalib gəlir və yuxu onu aparır. Allah Təala namazın savabını onun üçün yazar. Həmin namazı əməl dəftərində qeyd edər. O zaman ki, yatmışdır və çəkdiyi nəfəsləri – həmin “Subhənallah”dır”.

Bu cür hədislər bizə çatdırır ki, həyatda niyyətinizi xalis və düzgün edin. Çünki həm dünyadakı və həm də axirətdəki aqibətiniz bu niyyətlərinizdən asılıdır.

Çalışaq daima xeyir niyyətləri edək. Çünki əgər yerinə yetirməsək belə, onun savabı bizə çatacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930