Pis, hamı üçün pisdirmi?
Mьəllif: Admin
Tarix: 1-08-2021, 21:35
Pis, hamı üçün pisdirmi?
İlahi ədalətin nəzərinə görə pislik və yaxşılıq – bir-birindən ayrı olan iki dərəcə hesab olunmur. Yəni necə ki, birkilər heyvanlardan ayrıdırlar, belə deyildir ki, pislik də yaxşılıqdan bu cür ayrı olsun.

Əslində pislik və yaxşılıq sözləri nisbi bir anlayışdır. Bir şey həm yaxşı ola bilər, həm də pis ola bilər. Yəni, pislik və yaxşılıq bir-birinə qarışmış şəkildədir və sanki bir tərkib olmuş kimidirlər. Ancaq kimyəvi tərkib kimi deyil, bəlkə daha dərin və daha lətif bir tərkib kimidirlər.

Yaxşılıq və pislik – var olmaq və yox olmaq kimidir. Yaxşılıq – var olmaq, pislik – yox olmaqdır. O yerdə ki, söz pislikdən düşər, orada mütləq yoxluq və puç olmaq mövcud olar. Pislik ya özü yoxluqdur, ya da yoxluğa səbəb olar.

Ancaq bunu da qeyd etmək lazımdır ki, dünyada pislik anlayışı nisbidir. Belə ki, bizlərin bir çoxu ölümü, yoxsulluğu pis hesab edirik. Onların zatında yox olmaq vardır. Həmçinin vəhşi heyvanları, mikrobları pis hesab edirik.

Ancaq bu anlayış bir nəfər üçün pisdirsə, o biri şəxs üçün imtahan vasitəsi ola bilər və ya tərəqqi etməsinə səbəb olan amil hesab olunur.

Həmin şəxs onu pis deyil, yaxşı hesab edir. Çünki hər kim ölümü dərk edər və hər kim yoxsulluğun əziyyətini çəkər – əgər arif olarsa, onu pis deyil, yaxşı hesab edər. Bu səbəbdən ki, başqalarının pis saydığı bu amillər onu mənəvi cəhətdən tərəqqi etdirər və günahdan saxlayar. Axirətini yadına salar.

Ona görə də deyə bilərik ki, dünyada belə deyildir ki, hansısa anlayış ayrıca şəkildə pis hesab olunsun. Bəlkə biri üçün pis sayılan şey başqası üçün yaxşıdır.

Bu səbəbdən pislik anlayışı nisbidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930