“Yerin dirçəlməsi” ayəsinin batini mənası nədir?
Mьəllif: Admin
Tarix: 25-07-2021, 22:06
“Yerin dirçəlməsi” ayəsinin batini mənası nədir?
İmam Əli (ə) buyurur: “Ədalət – həyatdır”.

Həmçinin Həzrət Əli (ə) buyurur: “Ədalət – əhkam həyatının mənbəyidir”.

Allah Təala Müqəddəs Quranda buyurur: “Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir.

Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tövhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq”. (“Hədid” 17).

Bu ayəni oxuyan zaman zahirdəki mənasından belə başa düşülür ki, Allah qışda ölmüş torpağı yaz fəslində yenidən dirildər, ölü toxumu bitkiyə çevirər.

Ancaq əgər bu ayənin batininə nəzər salsaq, görərik ki, cəmiyyəti diriltməyin yolu ədalətdən keçər. Yəni, əgər cəmiyyətdə fəsad törədilirsə, bu fəsadın köklərini ancaq ədalət kəsə bilər.

Ədalət cəmiyyətin həkimidir və onun müalicəsi məhz ədalətdən asılıdır.

Muhəmməd Hələbi nəql edir ki, bu ayə ilə bağlı İmam Sadiqə (ə) sual verdim və Həzrət (ə) cavabında mənə buyurdu: “Yerdəki həyat – zülmdən sonra ədalətlədir”. Yəni, ədalət gələr və cəmiyyətdə olan zülmə son qoyar, onu aradan aparar.

İmam Musa Kazım (ə) bu ayə ilə bağlı buyurur: “Yeri dirçəltmək dedikdə, yağış nəzərdə tutulmur, bəlkə Allah elə insanlar göndərəcəkdir ki, ədaləti dirildəcək və bərpa edəcəklər. Yer də diriləcəkdir. Hər an İlahi qanunları ayaqda saxlamaq – yağışın 40 gün yerə yağmasından daha faydalıdır”.

İmam Həsən Əsgəri (ə) İmam Zaman (ə.f) dünyaya gələn gecədə bacısına buyurmuşdu: “Bu gecə bizim yanımızda qal. Çünki tezliklə elə körpə dünyaya gələcəkdir ki, Allah Təala yanında əzizdir və Allah onun vasitəsilə yeri öləndən sonra dirildəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930